Xəbər lenti

 
Rusiyalı hərbi ekspert Aleksey Ramm hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabr ayının sonunda başladığı “əks-hücum” əməliyyatları nəticəsində Dağlıq Qarabağ Ermənistandan qoparıla bilər. 
 
Ovqat.com xəbər verir ki, bu barədə o, “Nezavisimaya qazeta”ya verdiyi müsahibədə bildirib.
 
Eskpert mövcud məlumatları təhlil etdikdən sonra bu qənaətə gəlib. 
 
Onun fikrincə, azərbaycanlıların Dağlıq Qarabağdakı erməni müdafiəsini sındırmaq planı hələ 2016-cı ildə baş verən silahlı toqquşmalar zamanı ortaya çıxmışdı. O zaman da Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı əsas zərbəni cəbhənin cənub sektorunda vurmaq və İranla sərhəd boyunca hərəkət edərək Laçın dəhlizinə getmək istəyirdi.
 
“Bakı “DQR” silahlı qüvvələrinin əsas zəif nöqtəsinin cənub cinahı olduğunu, bu cinahda az sayda səyyar birləşmiş silah və artilleriya bölmələrinin və alt birliklərinin yerləşdirildiyini mükəmməl şəkildə anlamışdı” – ekspert qeyd edir.
 
Ekspert hesab edir ki, Azərbaycan Silahlı Qüvvələri döyüş texnikasında ədədi üstünlüyə sahib olmaqla, bütün cəbhə boyu hücum təşkil edir və bu da müdafiə tərəfinin işini xeyli dərəcədə çətinləşdirir: “Ermənilər ehtiyatlarından istifadə etməli idilər. Eyni zamanda, Azərbaycan hərbçiləri müdafiəyə çəkilən və əməliyyat sahəsinə girmək üçün əsas zərbələrin endirməyi planlaşdırılan erməni qoşunlarının ərazilərdə cəmləşməsinin qarşısını almaq üçün əllərindən gələni etdilər.
 
Hazırda Azərbaycan Silahlı Qüvvələri demək olar ki, tamamilə Dağlıq Qarabağın cənub hissəsinə nəzarəti ələ keçirib. Azərbaycanlılar Şuşa şəhərindən 5 km məsafədədirlər və eyni vaxtda Ermənistanla sərhəd boyunca strateji cəhətdən vacib olan Laçın şəhərinə doğru irəliləyirlər ki, bu şəhər İrəvan-Xankəndi arasında körpü rolu oynayır. Bu yol kəsilsə, Dağlıq Qarabağdakı ermənilər son dərəcə çətin vəziyyətdə qalacaqlar”,- Aleksey Ramm belə deyib.
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 393          Tarix: 4-11-2020, 17:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma