Xəbər lenti

Ordumuzun Dağlıq Qarabağda hərbi-taktiki gedişləri
 
Azərbaycan ordusunun əsasən Cənub istiqamətindən irəliləməsinin, mərkəzi və şimal cəbhəsində isə düşməni sadəcə atəş altında tutmasının əsl səbəbi aydınlaşdı. Hərbi ekspertlər bunu ordumuzun taktiki gedişi ilə əlaqələndirirlər.

Mərkəzi cinah
 
Bildirildiyinə görə, mərkəzi və şimal cinahında erməni silahlılarını təzyiq altında saxlayan ordumuz düşmənin bu ərazidə yerləşən əsas qüvvəsinin yerdəyişməsinə mane olur, dolayısıyla onların cənub cinahına köməyə getməsinin qarşısını alırlar. Əks halda mərkəz xəttə mövqeləri zəifləyən düşmən ordusu Xankəndi istiqamətindəki strateji yüksəklikləri əldən vermiş olar. Bu da şahmatdakı “3 gedişə mat” effektinə səbəb ola bilər. 

Cənub cinahı

Azərbaycan ordusu isə əsas gücünü cənub cəbhəsinə cəmləşdirərək “B” planı istiqamətində irəliyir. Məqsəd son nəticədə Dağlıq Qarabağın həm İranla sərhədlərini, həm də Laçın dəhlizini nəzarət altına götürməkdir. Bunun isə çox mühüm səbəb var. Başlıca hədəf Dağlıq Qarabağın logistik dəstək imkanlarını sıfıra endirməkdir. 

İranla sərhəd

İranla sərhəd artıq neçə gündür ki, tamamilə Azərbaycan ordusunun nəzarətindədir, ordan Dağlıq Qarabağa hər hansı silah-sursat keçirilə bilməz. 

Şimal dəhlizi

Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə isə iki dəhliz üzərindən təmin olunur. Bunlardan biri, adına Şimal dəhlizi də dediyimiz Kəlbəcər-Zod yoludur. Müharibə başlayan ilk gündən ordumuz Murov dağında önəmli zirvələri götürdüyündən ermənilər bu yolu təhlükəsizlik səbəbindən bağlayıblar. Yol faktiki olaraq Azərbaycan ordusunun atəş məsafəsindədir. 

Laçın dəhlizi

Dağlıq Qarabağı Ermənistana bağlayan digər xətt isə Laçın dəhlizidir. Hazırda bu dəhliz uğrunda ağır döyüşlər gedir. Bəzi məlumatlara görə, Laçın dəhlizi də faktiki Azərbaycan ordusunun nəzarətinə keçməkdədir. Bu dəhlizi itirməklə Dağlıq Qarabağdakı erməni hərbi birləşmələri onsuz da tükənən hərbi güclərini möhkəmləndirə bilməyəcək və onların təslim olmaqdan başqa heç bir çarələri qalmayacaq. Əks halda Azərbaycan ordusunun ağır bombardımanı altında məhv olub gedəcəklər.

Qeyd edək ki, Dağlıq Qarabağın səma hakimiyyəti də tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlindədir və ermənilərin hava qüvvələrimizin endirəcəyi ağır zərbələrinin qarşısını alacaq heç bir hərbi texnikası qalmayıb. Azərbaycan ordusu isə aviasiya və artilleriya zərbələri ilə düşmən mövqelərinin altını-üstünə çevirir.


Ana səhifəyə qayıt        Baxış: 7 573          Tarix: 24-10-2020, 21:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma