Xəbər lenti

 
Cəmşid Dərələyəzli
   
 
Tarix: 27 sentyabr 2020-ci il. Bu, İkinci Qarabağ savaşının, Vətən Müharibəsinin başlandığı tarixdir. Artıq o tarixdən bir ay bir həftədən artıq vaxt keçir. Bu bir ayda 27 ildir Ermənistanın işğalında olan Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları daxil, bir çox ərazilərimiz düşmən tapdağından azad edilib.  
 
Bu bir ayda daima ermənilərin tərəfini tutan ATƏT-in məlum  üçlüyünün ayrı -ayrılıqda səyləri  ilə 3 dəfə humanitar atəş elan edildi ki, əsirlər və döyüş meydanlarında qalan əsgər nəşlərı dəyişdirilsin. Təssüf ki, həmişə olduğu kimi, yenə də öz havadarlarına güvənən Ermənistan hər üç atəşkəsin üzərindən dəqiqələr keçməmiş, dərhal da pozdu. Əslində bu atəşkəs həmin güclərin, ermənilər özlərini toparlasın deyə, onlara verdikləri müvəqqəti nəfəs idi. Yoxsa nə əsgər nəşlərı, nə də əsirlər o güclərin umurunda  belə deyil. Onsuz da onlar, tarixən  dünyanın ən öyük cəlladları olublar. Cəlladdan isə mərhəmət ummaq, dananın kasabın biçağını yalaması  kimi bir şeydir.
 
Artıq nə zaman, nə də dünyada dəyişən dəngələr o bıçağı yalamağı ehtiva etmir. Çünki,   dünyada dengələr və güc balansları çox sürətlə dəyişir. Ən əsası da son yüz ildə öz təhlükəsizlikləri baxımında yığdıqları hərbi ləvazımatlarla dünyaya güc nümayiş etdirənlər, Qarabağ savaşında onu da anladılar ki, artıq o güç hesab etdikləri hərbi texnikaların bir çoxu artıq  metallomdu.   Ona görə də, yalnız  bu dəyişilikləri görən və anlayan ölkə başçıları öz xalqlarını, dəyişən dünyanın bu burulğanından xilas edə biləcəklər.
 
Bəli, hələlik, yənə də deyirəm hələlik,  ərazi baxımından nə qədər kiçik görünsək də (əslində biz böyükük, sadəcə mənfur düşmənlərimiz    həm ərazicə və həm də əhalicə   zaman-zaman bizi  pendir kimi doğradılar) o güclərə kafa tutacaq bir Ölkə Başçımız  var, İlham Heydər oğlu Əliyev.  Cənab Ali   Baş Komandan. Bu bir məddahlıq deyil. Bu bir gerçəyin etirafıdı. O gerçək ki, zamanında onu qəbul etməyənlər belə, bu gerçək qarşısında müti bir duruma düşüblər. 
  
Son bir ayda müharibənin gedişatı ilə bağlı cənab Prezidentin ölkə və dünya mediyasındakı çıxışları onun müsbət mənada illərdir görə bilmədiyimiz bütün çalarlarını gözlər önünə sərmiş oldu. 
    
Bu gerçəklər öncə,  Cəbrayılın işğaldan azad olunması ilə bağlı 4 oktyabrda Ölkə Başçısının xalqa etdiyi müraciətdə öz əksini tapmış oldu.  
    
Nələr deyilmədi o çıxışda? İllərdir bizi düşündrən sualların hər biri çılpaqlığı ilə ortaya töküldü. Rəsmi vəzifəsi imkan vermədiyi üçün, son 17 ildə qan tökülməsin, danışıqlarla torpaqlar qayıtsın  deyə, illərdir susan və nə qədər ağır olsa da ürəyində və çiynində  gəzdirdiyi bu ağır yükü, sonunda məhz  4 oktyabrda püskürdü O. Məhz bütün xalq, o gün o çıxışa kilitləndi. Artıq o gün, bu illər ərzində ona haq  verməyənlər belə, onunla razılaşdılar ki, doğurdan da O da onların hər biri  kimi erməni qonusundakı məsələlərə nə qədər  həssasdır, millidir və vətənpərvərdir.
 
Ondan sonra, dünyanın aparıcı mətbuat  kapitanlarına verdiyi silsilə müsahibələri dinlədik.  Həmin müsahibələrdə Omun Qarabağ qonusunda yürütmüş olduğu siyasətdə və söyləmiş olduğu fikirlərdə, nə qədər   unukal   keyfiyyətlərə malik bir şəxsiyyət olduğunu bir daha gözlər önünə sərilmiş oldu.
    
Nəhayətdə, Qubadlının alınması ilə bağlı 26 oktyabrda xalqa müraciətinin şahidi olduq. O bu çıxışında hər şeydən öncə dünyanın 200-dən artıq dövlətinin Dövlət Başçılarından qardaş Türküyə Çümhuriyyətinin prezidenti Ərdoğanın “dünya beşdən ibarət deyil”, məhşur kəlamına haqq qazandırıb, onu öz adından da   “dünya beşdən ibarət deyil” deyərək,   dilə gətirən ikinci  lider oldu. Son müraciəti ilə o heç nədən, heç kimdən çəkinmədən bütün dünya güclərinə, xüsusən də ATƏT-in Minski qrupuna demək olar ki, kafa belə tutdu. Onların bu son 28  ildə Qarabağ konusunda oynadığı oyunları, yürütdükləri məkirli siyasətlərini demək olar ki, faş etdi. Bu sözləri işlətmək cəsarət və ürək istər. Bəli İlham Əliyev sübut etdi ki, o cəsarət və ürək onda var və xalqının və vətəninin təhlükəsizliyi yonündə andına sadiqdir və hətta yeri gəlsə bu yolda o canını belə feda etməkdən çəkinməz.  Əslində O, bu   müraciətində spylədikləri fikirlərlə dünyaya qarış kəndini tarana verəcək qədər cəsur bir tavr nümayiş etdirməklə bunu sübut etdi. O çıxışlardan bir neçəsinin altını xüsusi ilə cızmaq istərdim.


     
İlham Əliyev:
    
“Gedin baxın da, F-16 nə edir: havadadır ya yerdədir. Hər kəs bilir ki, yerdədir və təlimlər üçün gəlib. Müharibə başlayandan qalıb. Türkiyə, qardaşlarımız onu mənəvi dəstək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar,  Diqqət edin, “əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar”.
    
“Vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o vasitəçi ola bilməz. Vasitəçi ölkələr özü üçün gərək yeni bir funksiya fikirləşələr. Nə ilə məşğul olacaqlar. İndi 5 rayonun azad edilməsi – hanı 5 rayon? Bizdədir artıq 4-ü. O məsələ artıq getdi qurtardı. Özümüz götürmüşük: Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı – bu rayonların böyük hissəsi bizdədir,
 
“Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. 1992-ci ildə Minsk qrupu yaradıldı. Minsk qrupunun fəaliyyəti göz qabağındadır. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Əslində bizim üçün olmadı, Ermənistan üçün oldu,” 
   
“Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır" və s.
 
Xalq Sizinlə qürur duydu, cənab Prezident! Yaxşı ki varsınız. Yaxşı ki, Azərbaycanın bu ağır vaxtlarında onun taleyüklü məsələlərini omuzunuza Siz götürmüsünüz. Həmişə yazılarımda Qarabağın azadlıq əfsanəsini Sizin yazacağınızı demişdim. Şadam ki, mən bir vətəndaş olaraq bunun şahidi oldum.
   
Qaldı   bu cəsarətin, bu fədailiyin qarşılığında   xalqın Sizə verəcəyi  qiymətə, siz hər şeyin alisiniə layiqsiniz cənab Prezident. Bu millət onun da farkındadır ki, son iki yüz ildə Sizdən öncəkilərin heç biri, itirilmiş vətən  torpaqlarının bir qarışını belə geri almayıb. 
       
Ali Baş Komandan olaraq Siz həm də,  öz qətiyyətinizlə alnımıza  vurulmuş namus ləkəsinin silinməsini, əyilmiş başların dikəlməsini, tökülən şəhid qanlarının qisasını alırsınız,  cənab Prezident!   
     
Bu baxımdan Siz artıq Ali Baş Komandan olaraq həm səngərdə, həm də diplomatiyada  Milli Qəhramansınız, Siz ölkəmizin ən ali ordenunə layiqsiniz. Lakin ən böyük mükafatnız, Qarabağın xilası ilə Azərbaycan xalqının qəlbində dikəldəcəyiniz  yenilməz heykəliniz  və onun   ən yeni tarixinə adınızın qızıl həriflərlə yazmanız olacaqdır. O tarix ki, Azərbaycan xalqı var olduqca, Siz də onlarla əbədi yaşayacaqsınız. Bəli, sayənizdə indi Qarabağ Azərbaycandır! 
    
Tanırı gerisini gətirsin. Tanrı Siz başda olmaqla müzəffər Azərbaycan ordusunu mənfur düşmənlərimizdən qorusun!
 



Ana səhifəyə qayıt        Baxış: 3 477          Tarix: 4-11-2020, 19:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma