Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
Bütöv Azərbaycan Xalkq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:
- Qüdrət bəy, niyə insanlarımız çox böyük tələskənliklə Qarabağın sürətlə işğaldan azad olunmasını istəyir? Hökumət isə, əksinə, vətəndaşlarımızı bir az səbrli olmağa çağırır.
- İnsanlarımızın tələsməsinin əsas səbəbi odur ki, xalqımız bu müharibəyə təkcə torpaqlarımızın işğaldan azad olunması kimi yox, Prezidentin dediyi kimi, həm də milli qürur məsələsi kimi baxır. Onlar 30 il gözləməkdən yorulublar. İkincisi, beynəlxalq siyasi konyukturanın dəyişəcəyindən qorxurlar. Narahatdırlar ki, Azərbaycanı hansısa yollarlara dayandıra bilərlər. Bura Ermənistanın altdan-altdan müsair silahlarla təchiz olunması, dünyanın müxtəlif ölkələrindən daha çox peşəkar muzdlunun erməni tərəfdən döyüşlərə cəlb olunması da daxildir.
Hökumət isə fərqindədir ki, yaxşı hazırlaşmadan hücumlar etsək daha çox itki verərik. Həm də nəticə bizi qane etməz, istədiyimizə nail ola bilmərik. Hər bir əsgər və zabitimizin həyatı Ali Baş Komandan üçün əzizdir və dəyərlidir. Həm də görünən odur ki, hökumət həm düşmən ordusunda tam demoralizə prosesinin getdiyini görür, həm də regiona ciddi təsir edə biləcək dövlətlərin sonrakı davranışlarından ciddi narahatlıq keçirmir.
- Etiraf edək ki, "bağlı qapılar arxasında əldə olunmuş razılaşmalardan artığını etməyəcəyik" kimi fikirlər də dolaşmaqdadır.
- Bu tipli razılaşmanın olmasına inanmıram. Əgər belə bir razılaşma varsa, ona ciddi əməl edilməli, yaxud vəziyyətin dəyişməsi səbəbi ilə yenidən müzakirə olunmalıdır. Amma istəyirəm hər birimiz elə düşünməyək ki, başqası ölkəmizi, ərazi bütövlüyümüzü bizdən az istəyir. Əks-hücum əmrini Ali Baş Komandan verib. İşğalçılar haqqında da ən sərt sözləri o işlədib və onlar qarşısında ən sərt tələblər qoyub. Dəfələrlə bəyan edib ki, işğalçı ordunun axırıncı əsgəri Azərbaycan ərazisindən çıxmayana qədər bizi heç kim dayandıra bilməz. Hər birimiz Prezidentin xalqımızla birlikdə qələbələrimizə necə sevindiyini görürük. Amma hamı bir şeyi bilməlidir ki, hər bir halda torpaqlarımızı işğaldan azad edəcəyik. Bu tarixi şansı heç kim əldən buraxmaz.
Bundan başqa arxamızda Türkiyə kimi qüdrətli ordusu olan ölkə dayanır. Biz Türkiyəyə də sona qədər güvənməliyik. Ona görə də istəyirəm ki, xalqımız emosiyaları ilə Prezidentimizə təsir edib, zamanından tez, tələsik qərarlar qəbul etməyə sövq etməsin. Ordumuz çətin relyefi olan dağlıq və meşəlik bir ərazidə döyüş aparır, torpaqlarımızın hər metrini qan tökməklə azad edir, misli görünməmiş rəşadət və qəhrəmanlıq göstərir. Bir az qabağa da baxmaq lazımdır. Zaman verməklə və növbəti qələbələrimizlə Ermənistanda siyasi böhranı dərinləşdirib, növbəti mərhələdə müharibənin nəticələrini masa arxasında rəsmiləşdirməyi də asanlaşdırmalıyıq. Prezident uzun illər bu günə hazırlaşıb, apardığı siyasi və struktur islahatları çərçivəsində möhkəm milli həmrəyliyə nail olub. Diplomatiya müstəvisində və informasiya savaşında ciddi nailiyyətlər əldə olunub. Ən başlıcası isə hadisələrin gedişi də göstərir ki, haqq və ədalət uğrunda savaşdığımız üçün Allah da bizimlədir. Allah köməyimiz olsun!
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar