Xəbər lenti

 
Rusiya Federasiyası Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında bir sülhməramlı kontingent yerləşdirməyə başlayır.
 
Ovqat.com Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Rusiya Moskva vaxtı ilə 6.00-dən (yerli vaxtla 7.00) Qarabağ silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq Qarabağda bir sülhməramlı kontingent yerləşdirməyə başlayacaq.
 
"Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatına uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində 6.00-dan (Moskva vaxtı ilə) Rusiya Federasiyası Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı kontingent yerləşdirməyə başlayır",-açıqlamada belə deyilir.
 
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan prezidentləri ilə saat 01: 00-da Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzaladığını bildirmişdi.


 
“Özüm üçün və hamımız üçün çətin, son dərəcə ağır bir qərar verdim. Qarabağ müharibəsinin bitməsi üçün saat 01: 00-da Rusiya və Azərbaycan prezidentləri ilə bəyannamə imzaladım. Artıq yayımlanan bəyannamə mətni şəxsən mənim və xalqımız üçün ifadə edilə bilməz dərəcədə ağrılıdır” – Paşinyan imzalanan kapitulyasiya aktını şərh edərkən belə deyib.
 
Azərbaycan Prezidenti İlham Əliyev də imzalanan müqavilə barədə danışarkən söz verdiyi kimi “erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan it kimi qovulduğunu və bu müqavilənin Ermənistan üçün təslimiyyət aktı olduğunu” vurğulayıb.
 
Hər iki liderin bu çıxışlarından sonra Ermənistanda vəziyyət qarışıb və ermənilər bir çox dövlət orqanlarının binalarını ələ keçiriblər. Paylaşılan şəkillərdə Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın ölümcül döyüldüyü aydın görülür. Spikerin taleyindən xəbər yoxdur.
Erməni üsyankarların bütün axtarışlarına baxmayaraq, Nikol Paşinyanı tapmaq mümkün olmayıb. İrəvanda şayiə yayılıb ki, Paşinyan ölkədən qaçıb. Şayiələrə cavab verən Paşinyan Ermənistanda olduğu və Baş nazir vəzifəsini yürütməyə davam etdiyi barədə bəyanat verib. Hazırda erməni xalqı öz “xain” liderlərinin axtarışına davam edirlər. Ələ keçərsə, Cıdır düzündə yallı gedib Azərbaycan xalqına göz dağı verən Paşinyanın Mirzoyandan pis vəziyyətə salınacağı şübhə doğurmur. Görünür, başına gələcəkləri yaxşı dərk edən Paşinyan “günahını” qismən azaltmaq üçün kapitulyasiya aktına qol çəkmədiyi barədə açıqlama yayıb. Azərbaycan Prezidenti isə Paşinyanın ağlaya-ağlaya akta qol çəkmək istədiyini, amma bunu kameralar qarşısında etməmək üçün yalvardığını deyib. Paşinyanın dəfələrlə bağlı qapılar arasında dediklərini sonra yerinə yetirmədiyini nəzərə alan Azərbaycan və Rusiya prezidentləri, belə görünür ki, onun bu təklifi ilə razılaşmayıblar. Paşinyanın xalqa ünvanladığı son bəyanatı da onun nə qədər sürüşkən biri olduğunu, Rusiya və Azərbaycan liderlərinin bu təkliflə razılaşmamaqda haqlılıqlarını bir daha təsdiqləyir.


 
Qeyd edək ki, bu gecə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında imzalanan Bəyannamənin 3-cü bəndinə əsasən, saat 7.00-dən etibarən, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 odlu silahlı hərbi qulluqçusu yerləşdirilməlidir. Bu kontingenti həmçinin 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnika daxildir.


Ana səhifəyə qayıt        Baxış: 2 796          Tarix: 10-11-2020, 08:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma