Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Qarabağda daha bir böyük müharibə bitdi. Bölgədəki yeni bir status-kvo və yeni güc tarazlığı demək olan sülh müqaviləsi imzalandı. Bəs Gürcüstan yeni status-kvoda haradadır və bu, Rusiyanın daha da güclənməsimi deməkdir?
Ovqat.com xəbər verir ki, Gürcüstanın apsny.ge portalında dərc olunan “Qarabağ – yeni status-kvo və Gürcüstan” sərlövhəli məqalədə bu suala cavab axtarılır.
Tornike Şaraşenidzenin qələmə aldığı məqaləni təqdim edirik:
Bu və digər vacib suallara ətraflı cavab vermək hələ tezdir, lakin çox şey indisən aydındır və bu barədə cəsarətlə danışa bilərik.
Hər şeydən əvvəl, Gürcüstanın mümkün olan ən çətin ssenariyə qədəm qoyduğunu qeyd etmək lazımdır. Söhbət Rusiyanın müharibə baş verəcəyi təqdirdə ölkəmizdən keçmək üçün hərbi dəhliz istəməsindən gedir. Müharibə yenidən başladı və elə bir şəkildə başa çatdı ki, Rusiya dəhliz istəmədi. Gürcüstan müharibəyə cəlb olunmaqdan bitərəf qalmağı bacardı. Nə rəsmi Bakının, nə də rəsmi İrəvanın bizə qarşı heç bir iddiası yoxdur.
Ermənistan ağır məğlubiyyətə uğradı. Ölkənin şokdan çıxıb nə baş verdiyini anlaması çox vaxt aparacaq. Erməni ordusu ən böyük və qüdrətli hissələrini itirdi. Paşinyan günlərini sayır. Ermənilərin Rusiyanın davranışlarından dərin məyus olmalarına baxmayaraq, Paşinyanın Qərb yönümlü qüvvələrlə əvəzlənməsi ehtimalı azdır. Çox güman ki, bunun əksi baş verəcək - müharibədəki itki və ərazilərin itirilməsi Paşinyanın Qərblə oyununa aid ediləcək və onun yerinə yenidən Moskvaya yönəlmiş qüvvələr gələcək.
İndiki mərhələdə Ermənistanın başqa yolu yoxdur, çünki Qarabağın qalan hissəsini qorumaq üçün rus sülhməramlılarının varlığına ehtiyac var. Rus sülhməramlıları çıxsa, azərbaycanlılar hücumu davam etdirə və ərazinin qalan hissəsini tamamilə ələ keçirə bilərlər. İndi azərbaycanlılar üçün bir neçə ay əvvələ nəzərən daha asan olacaq - hər şeylə birlikdə strateji əhəmiyyətə sahib bir dağda yerləşən və Stepanakertdən bir neçə kilometr məsafədə yerləşən Şuşa şəhərini əllərində saxlayırlar. Ermənistan Qərbə yönəltmək üçün Rusiyadan uzaqlaşmalı və buna görə yalnız Qarabağı tamamilə tərk etməməli, həm də Türkiyə ilə münasibətləri normallaşdırmalı olacaq.
Rusiyanın mövqeyini kifayət qədər gücləndirməsinə baxmayaraq, Azərbaycan yenə də əsas qalibdir. Müharibədə qalib gəlmək, əlbəttə ki, ciddi bir iddiadır. Üstəlik, Rusiyanın da daxil olduğu müharibədə Bakıdan belə bir uğur gözləmək çətin idi. Moskva erməniləri silahla təmin edir və hadisələrin inkişafını izləyirdi. Azərbaycanı incitmək istəmirdilər və birbaşa qanuni səlahiyyətləri olmadığından münaqişəyə birbaşa müdaxilə etmirdilər (ikitərəfli razılaşmaya görə, Moskvanın zəmanətləri yalnız Ermənistan ərazisinə aiddir).
Rusiya, çox güman ki, Azərbaycanın irəliləməyəcəyi və köhnə status-kvo qüvvədə qalacağı təqdirdə, daha çox məmnun olardı. Ancaq pilotsuz təyyarələrin köməyi ilə Azərbaycan Ermənistana məxsus olan Rusiya texnikasını asanlıqla məhv etdi və nəinki irəliləyib, hətta son qırmızı nöqtəyə - Stepanakertə yaxınlaşdı.
Hərbi sahədə bir inqilab baş verdiyi ortaya çıxdı və ehtimal ki, buna Rusiya daxil olmaqla heç kim hazır deyildi. Lakin təbii ki, Ermənistan bütün şiddəti ilə "dron inqilabı"nı yaşadı.
Başqa bir qalib, Osmanlı İmperiyasının çökməsindən sonra Qafqazda uzun müddət bu qədər fəal rol oynamayan Türkiyədir. Görünən budur ki, Moskva ilə Ankara arasında müəyyən bir razılaşma əldə edildi: Türkiyə Rusiyanın Suriyaya müdaxiləsinə göz yumandan sonra Rusiya da Türkiyənin Qafqazdakı müdaxiləsinə göz yumdu.
Rusiya isə Qafqazın əsas oyunçusu olaraq qaldığını sübut etdi. Müharibə, Putin bir barış müqaviləsi imzaladıqdan və Rus sülhməramlılarının yerləşdirilməsi ilə sona çatdı. Etibarlı bir müttəfiq kimi imici nəzərəçarpacaq dərəcədə sarsıldı, amma onsuz da o qədər müttəfiqi yoxdur və mövcud müttəfiqlərinin isə, demək olar ki, hamısı qeyd-şərtsiz ondan asılıdır.
Gürcüstan üçün bu hekayə çox az dəyişir: Rusiya bazasını Tiflisdən 40 kilometr məsafədə yerləşdirdiyi üçün rus sülhməramlılarının Laçın yaxınlığında dislokasiyası əslində Gürcüstan üçün o qədər də önəmli deyil və böyük bir təhlükə yaratmayacaq. Təəssüf ki, indiyə qədər işğal altında olan ərazilərimizdə hər hansı bir dəyişiklik gözləməməliyik. Rusiya zəmanətləri birbaşa bu ərazilərə tətbiq olunur (Qarabağdan fərqli olaraq). Lakin, eyni zamanda, müharibədə itirilmiş ərazilərin geri qaytarılması üçün bir presedent meydana gəldi, üstəlik bölgəmizdə ... Bu o deməkdir ki, həm Suxumi, həm də Tsxinvali heç bir şeyin əbədi olmadığını düşünməlidirlər.
Sülh müqaviləsinə əsasən, Azərbaycan Naxçıvanla quru dəhlizi ilə, Türkiyə ilə əlaqə quracaq. Bunun Gürcüstanın tranzit funksiyasını zəiflədəcəyinə dair qorxu meydana gəlib. Fikrimcə, bu o qədər də böyük itki deyil. Bu müharibədən sonra bölgədə davamlı sülh bərqərar olarsa, Gürcüstan sonda xeyir götürəcəkdir.
Ölkəmizin iqtisadiyyatı tranzit, ticarət və turizm sahələrinə yönəldilmişdir və barışa ehtiyacımız var. Bundan əlavə, Azərbaycanın güclənməsi enerji dəhlizimizin (Bakı-Tbilisi-Ərzurum) rolunun şansını artırır və yeni əlavə layihələr sayəsində Avropa üçün daha da vacib bir marşrut halına gələcək. Üstəlik, Baydenin Ağ Evə gəlişindən sonra Amerika Birləşmiş Ştatları tərəfindən regionumuza diqqətin bərpa olunacağını gözləmək lazımdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar