Xəbər lenti

Qarabağla bağlı ŞOK HESABAT: status-kvo dəyişir və müharibə...Ermənistan və Azərbaycan arasında münaqişə artıq təhlükəli dövrə qədəm qoydu. İndi Qarabağda mövcud vəziyyəti saxlamaq çətindir, bu baxımdan, status-kvo dəyişə bilər.

Publika.az
 xəbər verir ki, bu barədə Kanadanın “Geopolitical monitor” analitik mərkəzinin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, münaqişənin Rusiyanın asılılığında qalması da çətinləşir.

“Lakin Moskvanın münaqişədə böyük geosiyasi çəkisi var və Rusiya hərbi balansı saxlamaq məqsədilə həm Bakıya, həm də İrəvana silah çatdırır. Həmçinin, Kreml Türkiyə və İranın təsirinin qarşısını almağa da çalışır və münaqişənin nizama salınmasında öz təsirini gücləndirmək xəttini davam etdirir”, - deyə mərkəz qeyd edir.

Hesabatda təmas xəttində hər gün 100-dən çox atəşkəs pozmalarının olduğuna diqqət çəkilir və qeyd olunur ki, belə vəziyyətdə istənilən sülh nizamlanması çətinləşir: “2016-cı ilin aprelində baş verən müharibə göstərdi ki, münaqişə statik deyil və geosiyasi şəraitin dəyişikliyinə meyillidir”.




Ana səhifəyə qayıt        Baxış: 737          Tarix: 14-09-2017, 16:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma