Xəbər lenti
21-11-2020, 11:34

 
Ermənistanın baş naziri Nikol Paşinyan hökumət heyətinin təxminən 80% -ni dəyişdirməklə diqqətləri məğlubiyyət sindromundan yayındırmağa çalışır.
 
Ovqat.com-un məlumatına görə, Ermənistanın "Joxovurd" qəzeti öz mənbələrinə istinadən bu iddianı irəli sürüb.
 
Qəzetin iddasına görə, Paşinyan hazırda nazirləri dəyişdirmək istədiyi üçün kadr axtarır. Amma ölkəsində ən böyük xəyanətkar kimi qəbul olunan Paşinyan hakimiyyətində yer almaq istəyən ləyaqətli insan tapmaq da müşkül məsələyə çevrilib.
 
"Joxovurd"-un mənbələri ilk növbədə qurban veriləcək nazirlərin adlarını da sadalayıblar: “Əmək və sosial məsələlər naziri Zaruhi Batoyan, Təhsil, elm, mədəniyyət və idman naziri Arayik Harutyunyan, səhiyyə naziri Arsen Torosyan, İqtisadiyyat naziri Tigran Xaçatryan, Müdafiə naziri David Tonoyanın yaxınlarda Nazirlər Kabinetini tərk edəcəklər. Onların müavinləri də vəzifələri ilə vidalaşmalı olacaqlar.
 
Səlahiyyətli orqanların nümayəndələrinin sözlərinə görə, hərbi vəziyyət dövründə hökumət üzvləri fəaliyyətsiz idilər, buna görə istefa etməlidirlər. Cəmiyyətdə nüfuzu aşağı olanlar da getməlidir”, - yazan qəzet qeyd edir ki, hökumət qarşıya belə bir vəzifə qoyub.
 


Paşinyanın bu gün öz facebook səhifəsində paylaşdığı 15 maddəlik “yol xəritəsi” də bu iddianı təsdiqləyəcək mahiyyətdədir. Baş nazirin sözlərinə görə, açıqladığı “yol xəritəsini” həyata keçirmək üçün hökumətdə dəyişikliklər edəcək. O, bunun üçün xalqdan 2021-ci ilin iyun ayına qədər vaxt istəyib və bu çətin dövrdə göstərilən həmrəyliyə görə dövlət idarəetmə sisteminin işçilərinə, eləcə də “Mənim addımım” fraksiyasına minnətdarlığını bildirib.
 


Ana səhifəyə qayıt        Baxış: 5 155          Tarix: 19-11-2020, 11:27      


Paylaş: