Xəbər lenti

 
Naxçıvan Univetsitetində bu gün  tələbələr vaxtından əvvəl evə buraxılıb və onlara cümə günü dərsə gəlməmək tövsiyyə olunub.
 
Ovqat.com-a bu barədə tələbə valideynlərindən biri məlumat verib.
 
Valideynin bildirdiyinə görə, tələbələrə “növbədənkənar birgünlük tətil”ə çıxmalarını dövlət sirri kimi qorumaq tapşırılıb. Əks halda ağzına sahiblik edə bilməyənlər “Naxçıvan qaydası” cəzalanacaqlar.
 
“Növbədənkənar birgünlük tətil”in səbəbinə gəlincə, tələbələrə bildirilib ki, sabah universitetdə koronavirusa qarşı dezinfeksiya işləri aparılacaq. Çünki ali məktəb müəllimlərindən bəziləri bu virusa yoluxub və xəstə-xəstə auditoriya qarşısına çıxıblar. Naxçıvan rəhbərliyi də universitet binasını dezinfeksiya etməklə koronavirus yayılmasının qarşısını ala biləcəyini düşünür.
 
Valideynlər isə bu yolla koronavirusa qarşı mübarizə aparmağın effektivliyinə inanmırlar. Onlar xəstə müəllimlərdən bu virusun tələbələrə, tələbələrdən isə bir-birinə keçə biləcəyindən narahatdırlar və təkcə dezinfeksiya işləriylə vəzifələrini tamamlanmış hesab edənləri anlamaqda çətinlik çəkirlər.



Ana səhifəyə qayıt        Baxış: 4 768          Tarix: 19-11-2020, 17:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma