Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Ermənistanın Baş naziri Nikol Paşinyan ailə üzvləri ilə birlikdə Covid-19-dan müalicə olunurlar.
Bu barədə bazar ertəsi günü səhər Facebook vasitəsilə canlı yayımda Nikol Paşinyan özü məlumat verib.
O, ön xətdə məskunlaşan hərbi hissələrə baş çəkməzdən əvvəl koronavirus testi üçün analiz verdiyini və testin nəticəsinin müsbət olduğunu bildirib.
Paşinyan özündə və ailə üzvlərində xəstəliyin simptomsuz keçdiyini deyib.
Hazırda Ermənistanın Baş naziri yaşadığı hökumət evində təcrid olunduğunu və oradan öz vəzifəsini "məsafədən" icra etdiyini bildirib.
Ermənistan Səhiyyə Nazirliyinin son məlumatına görə, Ermənistanda virusa yoluxanların ümumi sayı 9492-yə çatıb. Son gün ərzində də 210 virusa yoluxma halı aşkar edilib.
Koronavirusa yoluxanları arasında qeydə alınan 139 ölüm halından 84-nün səbəbi sırf Covid-19 xəstəliyi olub.
Bu arada xəstələrin 3402-si sağalıb, 5896 pasiyent stasionar qaydada müalicə olunur. /BBC
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar