Xəbər lenti
Bu gün, 16:28
Bu gün, 14:16
Bu gün, 12:15
Bu gün, 12:00
Bu gün, 10:50
Bu gün, 10:24
Bu gün, 09:37
Dünən, 22:32
Dünən, 21:21
Dünən, 20:20
Dünən, 19:16
Dünən, 18:19
Dünən, 17:33
Dünən, 16:06
Dünən, 15:21
Dünən, 14:36
Dünən, 13:19
“Donbassın infrastrukturunun bərpası üçün 15 və ya 21 milyard dollar xərc tələb olunur”.
Ovqat.com xəbər verir ki, bunu Minsk Üçtərəfli Əlaqə Qrupundakı Ukrayna nümayəndə heyətinin müşaviri Oleksiy Arestoviç deyib.
O, TSN-ə verdiyi müsahibəsində jurnalistin "Ukraynaya Donbassı qaytarmaq sərfəlidirmi?" sualını cavablandırarkən bildirib ki, "müstəqil bir dövlət kimi qalmaq daha bahalıdır".
“Donbassa qayıtmaq, dəyəri nə olursa olsun, konstitusiya borcudur. Buna görə biz xüsusi iqtisadi inkişaf zonası yaratmağı təklif edirik. İnvestisiya və yardım etməyə hazır olan ölkələr və beynəlxalq təşkilatlar var”, - deyən Arestoviç bölgənin bərpası üçün ilk şərtin silahsızlaşdırılması olduğunu vurğulayıb.
Qeyd edək ki, 21 milyard dollar Ukrayna dövlət büdcəsinin hardasa 45%-nə bərabərdir. Təbii ki, Kiyevin bu qədər məbləği Donbassın bərpasına ayırması müşkül məsələdir. Ukrayna rəsmiləri isə Donbassın Ukraynaya qayıdacağı təqdirdə bu məbləği beynəlxalq təşkilatların ayıracağına əmindirlər.
Maraqlıdır ki, Rusiyanın post-sovet ölkələrindən zorla qopardığı bölgələrin maddi həvəsləndirmə yoluyla separatizmdən uzaqlaşdırılması tək Ukraynada deyil, digər dövlətlərdə də tətbiq olunan siyasət kimi ortaya çıxır. Bir neçə gün əvvəl Moldovanın yeni prezidenti Maya Sandu da bənzər yöntəmlərlə Dnestryanı bölgə problemini çözmək istədiklərini bildirmişdi. Azərbaycan prezidenti İlham Əliyevin Yevlaxdan Xankəndiyə dəmiryolu çəkmək istəyi və hətta Ermənistanla belə regional əməkdaşlıq açıq olduğuna eyham vurması da bu cür iqtisadi həvəsləndirmə metodlarındandır. Təbii ki, bunun da bir şərti var: Ermənilər öz torpaq iddialarından büsbütün vaz keçməli və özlərini qonşuluğa layiq aparmalıdırlar. Əks halda Azərbaycan ordusunun dəmir yumruğu altında əzilmək və transmilli layihələrə qoşulmaq şansını itirmək taleyi onların yaxasını buraxmayacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar