Xəbər lenti
Bu gün, 21:28
Bu gün, 18:24
Bu gün, 17:12
Bu gün, 16:00
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
"İndiki donanma quruluculuğumuz NATO cinahlarının etibarlı olduğu, Rusiya donanmasının limanlarda lövbər saldığı və 11 sentyabrdan sonra terrorizmin bizim üçün daha böyük problem olduğu düşüncəsinə söykənir. Bugünkü dünya isə belə deyil".
Ovqat.com xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin baş katibi Kennet Braytvayt Senatın Silahlı Qüvvələr Komitəsində təqdim etdiyi məruzədə belə deyib.
ABŞ Dəniz Qüvvələri və Dəniz Qoşunlarının vəziyyəti ilə bağlı hazırlanmış məruzəyə görə, hərbi güc hər zaman yeni təhdidlərə görə təşkil edilməlidir. Bugünkü təhdidlər isə Atlantik bölgəsində mühüm dəyişikliklərə gedilməsini şərtləndirir.
Braytvayt deyib:
"Hərbi Filot Komandanlığını yenidən Atlantik Donanması adlandırırıq. Bu mühüm bölgədəki dəniz gücümüzün diqqətini ABŞ-a və müttəfiqlərinə dənizdən yaxınlaşma məsələsinə yönəldəcəyik. Atlantik Donanması müəyyən qabiliyyət və tutumla şərq cinahımıza yenidən yaxınlaşan Rusiya donanmasının özünü büruzə vermə cəhdlərinin qarşısını alacaq".
Bildirildiyinə görə, ABŞ SSRİ-nin dağılmasından sonra “rus təhdidi”nin bitməsi ümidiylə və 11 sentyabr 2001-ci ildəki məlum terror hadisəsi nəticəsində yeni təhdid anlayışının ortaya çıxması səbəbiylə İkinci Donanmasını ləğv etmişdi. Ötən il isə onu yenidən bərpa etməyə qərar verdi. İndi isə ABŞ Hərbi Dəniz Qüvvələrinin baş katibinin sözlərinə inansaq, Pentaqon Atlantik bölgəsində yerləşən və Rusiyaya qarşı görəvləndirilən həmin donanmanın fəaliyyətini gücləndirmək niyyətindədir.
Son zamanlar Rusiyanın Baltik dənizində və Şimali Atlantikada hərbi donanma gücünü aktivləşməsi fonunda Pentaqonun bu qərarı təsadüfi görünmür. Belə anlaşılır ki, yaxın zamanlarda iki hərbi qüdrətin “qoca qitə” uğrunda yarışı güclənəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar