Xəbər lenti

 
NATO və ABŞ-ın hərbi gəmiləri hücumla Şimal dəniz yolunu ələ keçirməyə çalışınlar, lakin Rusiya donanması onları həmin ərazilərdən qovub.
 
Ovqat.com xəbər verir ki, məlumatı Avia.pro portalı yayıb.
 
Məlumata görə, NATO və ABŞ-ın hərbi gəmiləri Rusiyanın hərbi qüvvələrinin nəzarətində olan Şimal dəniz yoluna hücum etməyə cəhd göstərsələr də, Rusiya hərbi gəmilərinin peyda olması üzündən Norveçin ərazi sularına geri qayıdıblar.
 
"Şimali donanmanın qüvvələri ABŞ-ın “Ross” adlı destroyerinin rəhbərliyi altında Barents dənizinə keçməyə cəhd edən NATO hərbi donanmasını nəzarət altında saxlayır. Bu barədə məlumat çərşənbə axşamı RF Müdafiə Nazirliyinin Milli idarəetmə mərkəzindən verilib. "Şimal donanmasının qüvvələri və vasitələri 7 sentyabr 2020 - ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin Barens dənizinin akvatoriyasına daxil olan URO destroyerinin rəhbərlik etdiyi NATO HHQ döyüş gəmiləri dəstəsinin hərəkətlərini izləməyə başlayıb", - deyə Milli mərkəzdən bildiriblər. 
 
“Bazar ertəsi günü Böyük Britaniyanın Hərbi Dəniz Donanması bəyan etmişdi ki, NATO ölkələri Şimal qütb dairəsində bu regionda azad naviqasiya bloku ölkələrinin sadiqliyini nümayiş etdirmək məqsədilə dəniz əməliyyatı keçirəcəklər", - deyə"TASS" informasiya agentliyi xəbər verir.
 
Bundan əvvəl Rusiya açıq şəkildə bəyan etmişdi ki, NATO və ABŞ hərbi gəmilərinə Şimali dəniz yolunun sularına girmələrinə imkan verilməyəcək və bu “hücum cəhdi” Rusiyaya qarşı təcavüz sayılacaq və düşmən üçün ciddi fəsadlar yaradacaq.
 
Hazırda NATO və ABŞ gəmiləri Barents dənizinin sularında iştirakını qoruyub saxlayır və bu, ehtimal olunan yeni təxribatları istisna etmir.


Ana səhifəyə qayıt        Baxış: 3 807          Tarix: 9-09-2020, 19:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma