Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
“ABŞ və Rusiya arasında müharibə baş verərsə, Amerika donanmasının Avropaya hərbi yük daşıyan konvoylarını qorumaq lazım deyil. Açıq dənizdə Rusiya gəmiləri onlar üçün heç bir təhlükə yaratmır”
Ovqat.com xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan zabiti və politoloq Bredford Dismyukes bu fikri ABŞ-ın “Forbes” jurnalına açıqlamasında deyib.
Onun sözlərinə görə, rus donanması "qoca və qurumuş" ağaca bənzəyir və yalnız bir "etibarsız təyyarə daşıyıcısı" var: “Əslində, o, hələ sovet dövründən təyyarə daşıyıcılarına ehtiyac duymurdu. SSRİ və Rusiya Hərbi Dəniz Qüvvələri açıq okeanda hücumlar üçün nəzərdə tutulmamışdı. Sovet və Rusiya gəmiləri öz ölkələrini müdafiə etmək üçün doğma sahillərinə daha yaxın olmalı idilər”,- Dismyukes belə deyib.
Buna görə də, Dismyukes hesab edir ki, NATO gəmiləri Şimali Atlantika döyüş konvoylarını qorumaq məcburiyyətində qalmayacaq, bu da Avropa qitəsinə rahatlıqla hərbi hissələr, texnika və yüklər göndərməyə şərait yarada bilər. Hərbçi politoloq hesab edir ki, ABŞ hərbi donanması daha da irəliyə, Rusiya sahillərinə qədər getməlidirlər. Onun fikrincə, NATO Hərbi Dəniz Qüvvələrinin əsas vəzifəsi Rusiyanın dənizdən blokadası təmin etmək olmalıdır. Dismyukes düşmən iqtisadiyyatını məhv etmək üçün Rusiyanın yük gəmilərini izləmək və batırmaq lazım olduğuna inanır.
Dismyukes hesab edir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin bu cür strategiyası ölkəsinə Çinlə hərbi münaqişə zamanı da uğur qazandıracaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar