Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan ABŞ-ın Dövlət Departamentinin rəhbəri Reks Tillersonla görüşməyə bilər.
Ovqat.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Jurnalistlərin “Putin Tillersonla görüşəcəkmi” sualına Peskovun cavabı qeyri-müəyyən olub: "Bildiyiniz kimi, Lavrov və həmkarı arasındakı görüş davam edir. Əgər onlar görüşün nəticələrini Dövlət başçısına çatdırmağı uyğun bilsələr, sizi məlumatlandıracağıq”.
Tillerson ABŞ dövlət katibi kimi Rusiyaya ilk səfərini reallaşdırır. Rusiya ilə isti münasibətləri olan dövlət katibinin bu səfərinə Qərb ölkələri böyük ümidlə yanaşırlar. Onlar hesab edirlər ki, Tillerson Rusiyadakı dostlarını Suriyadan vaz keçməyə həvəsləndirə biləcək və beləcə, Bəşər Əsədlə İran təklənəcək.
Dünən İngiltərə baş naziri Trese Mayla ABŞ Prezidenti Donald Trampın telefon danışığına da bu mövzu öz möhürünü vurmuşdu. İngiltərə Baş Nazirliyinin yaydığı məlumata görə, liderlər Rusiyanın Bəşər Əsədə verdiyi dəstək ətrafında fikir mübadiləsi aparmış və Moskvanı bu işdən yayındırmağın yollarını müzakirə etmişdilər.
Açıqlamada o da bildirilmişdi ki, liderlər ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillersonun bu həftə Moskvaya edəcəyi səfərə ümidlə baxdıqlarını gizlətməyiblər. Onlar Suriyada qalıcı sülhün və siyasi həllin təmin edilməsində bu səfərin yaxşı fürsət yaradacağına inamlarını ifadə ediblər.
Putinin Tillersonu qəbul edib-etməyəcəyinin bilinməməsinin bəyan olunması isə Moskvanın gətirilən təkliflərə isti baxmadığının nümayişi təsiri bağışlayır.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar