Xəbər lenti

 
Son günlər Zəngilan və Qubadlı rayonlarının Ermənistanla sərhədlərində insidentlərin əsl səbəbi aydınlığa qovuşur.
 
Ovqat.com xəbər verir ki, problemin əsl səbəbi ermənilərin “bicliyindən” qaynaqlanır.
 
Belə ki, Dağlıq Qarabağı işğal edəndən sonra ermənilər öz aləmlərində “biclik” işlədib Zəngəzur vilayətinin bəzi kəndlərini Azərbaycan sərhədlərinə doğru genişləndiriblər. Görünür, necə olsa, bu torpaqların onlarda qalacağına və ya alınacağı təqdirdə “ərazilərdə artıq kəndlər salınıb” deyə bizə öz şərtlərini təlqin edəcəklərinə inanıblar. Düşünüblər ki, Azərbaycan məğlub tərəf olduğundan “bəy verən atın dişinə baxmayacaq”. 
 
Azərbaycan ordusunun 44 günlük qələbəsi nəticəsində “evdəki hesab bazara uyğun gəlməyib”. İndi isə qalib Azərbaycanın tələbləri ilə sərhədlərimizi pozaraq saldıqları kəndləri, tikdikləri evləri tərk etmək məcburiyyətindədirlər. Bəzi ermənilər “bicliklərinin” bu ağır hesabıyla barışmaq istəmir və müqavimət göstərirlər.
 
Ermənistanın yaydığı bu xəritədə qırmızı rəngdə göstərilən kəndlər bizim ərazilərimizə, yaxud mübahisəli (neytral) zonaya düşdüyündən çoxbilmiş qonşularımız indi oraları ya boşaltmalı, ya da Azərbaycana qaytarmalıdırlar.
 
Məsələ bununla da bitmir. Məlum olduğu kimi, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladıqları Bəyanata görə, Naxçıvanla Azərbaycanın digər ərazisinə “Turan yolu” çəkilməlidir. Təbii ki, bunun üçün də Araz ətrafındakı bəzi kəndlər və qəsəbələr köçürülməlidir. Xəritədə plana düşən həmin yaşayış məkanları göy rənglə işarə olunub.
 
Xəritədəki sarı rənglə göstərilən yerlər isə Cəbrayıl və Qubadlı rayonu sərhədlərindəki bəzi ərazilərin Azərbaycana qaytarılmasından sonra yol-kommunikasiya əlaqələrini itirən erməni kəndləridir.



Ermənistanla sərhəddə baş verən mübahisələrlə bağlı bir başqa versiyanı tanınmış jurnalist Vahid Mustafayev irəli sürüb. Maraqlıdır ki, bu versiyada da “erməni bicliyi”nin İrəvan üçün ağır nəticələrindən bəhs olunur. Vahid Mustafayev bir xəritə paylaşaraq yazır:
 
“Yaxın günlərdə Azərbaycan Ordusunun əsas məqsədi erməni tör-töküntüsünü xəritədə göstərilən sarı ərazilərdən təmizləməkdi. Ermənilər cığallıq etməyə cəhd edirlər ki, ərazilərdə postları var. Rusiya hərbiçiləri erməniləri xəbərdar ediblər ki, onlar ancaq Ermənistanın sərhədlərini mühafizə edirlər və yaraqlılar Azərbaycan ərazisində qalsa, onlar Azərbaycan ordusu tərəfdən məhv ediləcək. Yəni ruslardan kömək gözləməyin.
 
Belə şəraitdə seçim ermənilərdədir. Necə deyərlər, can onların, cəhənnəm isə Tanrınındı.

Məsələ ondadır ki, ermənilər işğal vaxtı Qafana Azərbaycan sərhəddini 12 yerdə pozan yol çəkiblər. İndi it də getdi, ip də. İşğalçılığın sonu yoxdu.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 272          Tarix: 15-12-2020, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma