Xəbər lenti

 
Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba rusiyalı həmkarı Sergey Lavrovu onunla hər hansı əlaqələr qurmaq istəməməkdə günahlandırıb.
 
Ovqat.com-un məlumatına görə, Ukraynalı nazir qarşılıqlı münasibətlərindəki xoşagəlməz durumla bağlı gileyini NV radiosuna bildirib.
 
Kuleba deyib ki, Lavrov Donbasdakı gərginliyi müzakirə etmək istəmədiyi üçün onun zənginə cavab vermır. O, buna görə "kədərlənmədiyini və göz yaşı tökmədiyini" vurğulasa da, Lavrovun Normandiya Dördlüyü çərçivəsində, hətta ikitərəfli münasibətlər formatında dialoqa girmək üçün ona heç bir fürsət vermədiyi üçün incidiyini də gizlətməyib.
 
Kuleba rusiyalı həmkarı ilə danışmağa hər zaman hazır olduğunu və müzakirə edəcəkləri çox şeylərin mövcudluğuna inandığını vurğulayıb. 
 
"Mən heç bir halda antirus deyiləm, 100% Ukrayna tərəfdarıyam", - Kuleba çıxışında nədənsə bunu xüsusilə vurğulamağı da məsləhət bilib.
 
Qeyd edək ki, Ukrayna Xarici İşlər nazirinin bəhs etdiyi “Normandiya Dördlüyü” Donbas problemini çözmək üçün Almaniya, Rusiya, Ukrayna və Fransanın iştirakı yaradılmış vasitəçilik qrupudur. Bir növ, bizim ATƏT-in Minsk qrupumuzun prototipi olan bu qurumun vəzifəsi Donbass, Luqanski və Krım məsələlərini həll etməkdir.
 
Rusiya da həmin qrupun üzvüdür. Özü də sözu keçən əsas vasitəçilərdən biridir. Kulebanın sözlərinə inansaq, di gəl ki, Rusiyanın Xarici İşlər naziri münaqişə obyekti olan ölkənin ən yetkili nümayəndəsinin telefon zənglərinə belə, cavab vermək istəmir.


Ana səhifəyə qayıt        Baxış: 3 815          Tarix: 17-12-2020, 23:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma