Xəbər lenti
Bu gün, 21:42
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Ələmdar Məmmədov
hüquqşünas
Sülh dövrünün hərbi taktikası: “Erməniyə yox, ermənidən yox”
Təbabətdə cərahiyyə son əlac olduğu kimi, siyasətdə də müharibə son çarədir. Bizi zorla müharibəyə sürüklədilər və biz bu müharibədə qalib tərəf olduq. Bəs bu qələbə bizə nə verdi?
Əvvəla, 30 ildir ki, işğal altında olan tarixi ərazilərimizi geri qaytardıq, separatçılara dəstək verən düşmənləri məhv etdik və torpaqlarımızdan qovub çıxardıq. İndi dünya mediasında Azərbaycanın dostları, hətta düşmənləri belə, 44 günlük müharibənin nəticələrindən, bizim qələbəmizdən bəhs edir.
İkinci, sentyabrın 27-si səhər saatlarında Azərbaycan Ordusu əks-hücum kampaniyasına start verdi. Günorta saat 13:00-da Ali Baş Komandan Azərbaycan xalqına müraciət etdi. İlham Əliyevə altı saat lazım gəldi ki, Azərbaycan xalqı yumruq kimi birləşsin və Vətən Müharibəsinin aparılmasına cəlb olunsun. Xatırlatmaq istərdim ki, Hitler Almaniyası Sovet İttifaqına hücum edəndə SSRİ lideri Stalinə altı ay, hətta ilyarım lazım gəldi ki, Sovet xalqını sıx birləşdirərək əsl vətən müharibəsi cəbhəsi yaratsın. Moskva uğrunda döyüşlərdə bunun ilk işartıları göründü., Bir neçə acı məğlubiyyətdən sonra 1942-ci ilin iyul ayında bu gün də mübahisə doğuran məşhur 227-saylı əmr ortaya çıxdı. Yəni Stalin postu qoyub qaçmağı qadağan etdi, fərarilərin güllələnəcəyi elan olundu və s. Amma bizim 100 minlik ordumuzda bir nəfər də fərari olmadı. Bu, əslində bizim xalqımızın böyüklüyü idi. Biz dünyaya göstərdik ki, Azərbaycan xalqı ehtiyac yarandığı an birləşə və vətən uğrunda döyüşə bilir. Bu, həm dünyaya mesajdır, həm də daxilimizdə xalqı aşağılamağa çalışan xainlərə, onun döyüşkən olmamasını açıq şəkildə deyən, tarixi şəxsiyyətlərimizə ləkə atmaqla böyük nailiyyətlərimizi heçə endirən ermənidən də artıq düşmənçilik edənlərə qarşı ən tutarlı cavabdır.
Üçüncü, biz müharibədə erməni faşizminə qalib gəldik. Bu, xalqımızın dünyaya töhvəsidir. Erməni faşizmi Hitler faşizmindən də dəhşətlidir. Bu, gəlişi gözəl deyilmiş söz deyil, real həqiqətdir. Məsələn, özlərini ali irq elan etmiş Hitler Almaniyasının ikinci siması German Gerinq deyirdi ki, öldürün, öldürün və aqibətini düşünməyin, bunların hamısına görə mən cavab verəcəyəm. Yəni hər kəs də bilirdi ki, faşistlər öldürməyə gəlir. Erməni faşizmi də bu cür fikirləşir, öz daxilində belə deyir, amma həyatı boyu, tarixin bütün mərhələlərində özünü əzilib-büzülən, yazıq və köməksiz xalq kimi təqdim edir. Bu mənada erməni faşizmi alman faşizmindən daha qorxulu və təhlükəlidir.
Dördüncü, II Dünya müharibəsi başa çatdıqdan sonra milli azadlıq hərəkatları geniş vüsət aldı. 1947-ci ildə Hindistan və Pakistan, daha sonra Afrika ölkələri müstəqillik əldə etdilər. Beləliklə dünya xəritəsinə 40-a yaxın yeni dövlət əlavə olundu. Bu, dünyanın inkişafında müsbət hal olmaqla yanaşı, beynəlxalq imperializmə böyük zərbə idi. 1990-cı illərdə bunun qisasını alan beynəlxalq güclər milli azadlıq hərəkatlarına dəstək verən SSRİ və Yuqoslaviyanı dağıtdılar və nəticədə dünya xəritəsində daha 21 dövlət meydana gəldi.
Bundan sonra beynəlxalq imperializm və imperiya təfəkküründə olan dövlətlər millətlərin öz müqəddaratını təyin etmək pərdəsi altında dünyada yeni çaxnaşma səhnələri, separatizm ocaqları yaratdılar. Ukraynada məhz bu separatçılığın nəticəsində Donbas bölgəsində qondarma separatçı rejimlər yarandı. Gürcüstanda Abxaziya və Osetiya, eləcə də Moldovada Dnestryanı region, habelə İrak, Liviya, keçmiş Yuqoslaviya respublikaları (Kosovo) və s. münaqişə ocaqları ortaya çıxdı. Demək olar ki, seraratizm hər yerdə iri addımlarla irəliləyirdi. Əslində bizim qələbəmiz separatizmə qarşı ilk tutarlı sillədir. İlk dəfədir ki, separatçıların dişi və dizi bizim xalqın hesabına qırıldı. Biz əslində bu qələbəmizlə bütün dünyaya tarixi töhvə verdik. Hesab edirəm ki, bundan sonra separatizm irəliləyə bilməyəcək.
Qısaca onu qeyd edim ki, Azərbaycan separatizmə qarşı mübarizədə bir presedent yaratdı. Bu, reallıqdır. Hesab edirəm ki, bunun da müəyyən nəticələri olacaq. Bu reallıq ən azından separatizmdən əziyyət çəkən xalqları və dövlətləri düşünməyə məcbur edəcək.
Beşinci, ermənilər heç vaxt sakitləşməyəcək, tarixin hansısa dönəmində revanş götürməyə cəhd edəcəklər. 1905-ci ildə Rusiya İmperiyasında inqilabi situasiya yaranan kimi ermənilər Şuşada Cümə məscidinə hücum etdilər və 4 günlük müharibədən sonra rusların vasitəçiliyi ilə sülh istədilər. 1915-ci ildə nə olmuşdu, biz nə etmişdik ki? 1918-ci ildə də Rusiya imperiyası dağılan kimi ermənilər bizə qarşı müharibəyə başladılar. Ermənilərin təşəbbüsü ilə 1948-1953-cü illər deportasiyasını biz yaşamışıq. Sonra 1988-ci ildə SSRİ-nin dağılması ərəfəsində yenidən qalxdılar. Tarixi təcrübə bizə deyir ki, onlar anti-bəşəri davranışlarından, xain xüsusiyyətlərindən, xəyanətkar əməllərindən əl çəkən deyillər.
Ötən əsrin əvvələrində Hindistan xalqı milli azadlıq mübarizəsi aparırdı. Bu mübarizənin öndəri M. Qandi “ingilis mallarına yox, ingilisə mal yox” ideyasını irəli sürdü. Yəni ingilisdən mal almayın və ingilisə mal satmayın. Əvvəlcə ona güldülər. Amma xalq onun sözünə qulaq asdı. Bir neçə aydan sonra məlum oldu ki, ingilis şirkətləri müflis olur. Bu, əslində Hindistan milli azadlıq mübarizəsində dönüş nöqtəsi idi. İngilis hökuməti hindlilərlə danışığa getməyə məcbur oldu. Mən bu mənada dünyada yaşayan soydaşlarımızı “erməniyə yox, ermənidən yox” şüarı ilə yaşamağa, başqa sözlə ermənidən mal almamağa və erməniyə mal satmamağa çağırıram. Bu, sənin hüququndur. Heç kimə demirəm ki, erməninin qabağını kəs, ona hücum et. Moskvada, Tehranda, Vaşinqtonda, Londonda və yüzlərlə digər şəhərlərdə yaşayan soydaşlarımız ermənilərlə işbirliyi qurmasın. Beləcə, onlara zərbə vurulsun. Hər halda, mən bu addımı ermənilərin bizə yönəlik düşmənçiliyinə qarşı vacib amil kimi görürəm (Məscidlərdə donuz saxlayanlara bütün islam dünyası münasibət bildirməli,mesaj verməlidir).
Mahatma Qandinin məşhur bir sözü var.”İnsanın hər şeyini, var-dövlətini, mülkünü, torpağını hətta həyatını zorla əlindən almaq olar. İnsan bircə şeyini -mənəviyyatını özü əldən verir”. Erməni ilə əməkdaşlığı mənəviyyatsızlıq hesab eməliyik.
Altıncı, biz bu qələbə ilə “böyük dövlətlər xofu”nu yox etdik.
Kuluarlarda elə mətbuat səhifələrində “başqa məqamlar var”, ”böyük dövlətlər icazə verməzlər”, - deyirdilər bəziləri.
Ömrü boyu dövlət, hüquq və siyasi partiyalar tarixini oxuyan, təbliğ edən şəxs kimi həmişə başa düşürdüm ki, böyük dövlətlərin dostu olmur, maraqları olur. Əgər bir olub, güc göstərsək, onlar erməninin əvəzində gəlib bizlə vuruşan deyil. Əslində, bu müharibə böyük dövlətlər xofunu birdəfəlik yox etdi. Millətimizin ən böyük uduşlarından biri də budur. Hamı gücə tabedir. Bizi güclü gördülər. Əgər erməni 5-10 kəndimizi alsaydı və biz zəif olsaydıq, başlayacaqdılar ermənini dəstəkləməyə. Amma bizi güclü gördülər. Biz öz haqqımızı tələb edir, torpaqlarımızı istəyirdik. Buna da nail olduq. Gedib Gürcüstanın və ya Ermənistanın ərazilərinə iddia etmirik. Əslində ərazi iddiasına qalsa, biz çoxlarına qarşı iddia qaldıra bilərik.
Keçmişimizdən, xalqımızın qəhrəmanlıq tarixindən danışarkən bəzən kimlərsə dodaq büzürdü. Belələrinə bu müharibədə əsgərlərimizin qəhramanlığını, Ordumuzun gücünü və ən başlıcası xalqımızın birliyini nümunə göstərmək lazımdır.
P.S. 5 noyabr 2020-ci ildə “REAL İZİM” verilişində (çəkiliş 2 noyabrda aparılıb) səsləndirdiyim bir fikiri əlavə etmək istəyirəm. Hicrətin 6-cı ilində (m.628) rumlar farslara qalib gəldilər. Həmin vaxt Peyğəmbər(s.ə.s)belə bir fikir səsləndirmişdi: “Nə bəxtəvərdir o komandan və əsgərləri ki, Konstantinopola bayraq sancacaq”. 8 əsrdən sonra bu missiya 7-ci osmanlı sultanı II Mehmetə qismət oldu(1453). Xalq o gün və bu gün də artıq 7 əsrə yaxındır ki, onu Fateh adlandırır.
Bu gün eyni sözləri bizim mənəvi qibləgahımız Şuşamıza bayraq sancan Komandan və əskərləri haqqında da demək olar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar