Xəbər lenti

 
Türkiyənin PUA-ları İraq sərhəddində kəşfiyyat uçuşlarına başlayıb.
 
Ovqat.com-un mənbələrinin bildirdiyinə görə, bu kəşfiyyat uçuşları ABŞ-ın İrana möhtəməl hərbi müdaxiləsinin nəticəsində ortaya çıxa biləcək təhdidlərin qarşısını almaq üçün də həyata keçirilə bilər.
 
İddila olunur ki, bənzər uçuşlar, Ermənistan sərhəddində də həyata keçirilib. Türk PUA-larının Ermənistan sərhəddində uçuşları  Dağlıq Qarabağdakı son döyüşlərdən etibarən başlayıb və bu günə qədər də müxtəlif aralıqlarla davam edir. Bu gün isə kəşfiyyat uçuşlarının intensinvliyinin xeyli artdığı xəbər verilir.

 

Qeyd edək ki, dünən İraq mediası İrana bağlı qüvvələrin Süleymaninin qisasını almaq üçün ABŞ səfirliyi və hərbi bazalarına zərbə endirilməsini planlaşdırdıqlarını iddia etmiş və bunu təsdiqləyən “dəlil”lər ortaya qoymuşdu. Məlumatların guya İraqın kəşfiyyat və təhlükəsizlik orqanları tərəfindən sızdırıldığı iddia olunurdu.



Ana səhifəyə qayıt        Baxış: 4 240          Tarix: 26-12-2020, 01:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma