Xəbər lenti

 
Bakı şəhərində bina uçub.
Ovqat.com xəbər verir ki, bu  barədə məlumat APA-ya Səbail rayon Polis İdarəsi tərəfindən verilib.  Məlumata görə, hadisə Şıx qəsəbəsində, "Green City” istirahət mərkəzində yaşanıb.
Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.





Ana səhifəyə qayıt        Baxış: 1 314          Tarix: 12-04-2017, 17:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma