Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Bu gün Ermənistanın bütün kilsələrində İsa peyğəmbərin anadan olması və xaç suyuna salınması münasibətilə müqəddəs Vəftiz günü qeyd olunub.
Ovqat.com-un erməni mətbuatına istinadən verdiyi məlumata görə, ermənilərin hər il kilsələrdə qeyd etdiyi bu gün münasibətilə keçirilən tədbirə ölkənin nə Baş naziri Nikol Paşinyan, nə də prezident Armen Sarkisyan qatılıblar.
Bildirilir ki, Armen Sarkisyan koronavirusa yoluxduğu üçün Londonda özünü təcrid edib. Bu səbəbdən də gözlər daha çox Paşinyanı axtarıb.
Baş nazirin mətbuat katibi Mane Gevorgyan Paşinyanın da yoxluğunu koronavirusla əlaqələndirib: “"Epidemioloji vəziyyətə görə Baş nazir özünü təcrid edir".
Gevorgyan Baş nazirin koronavirus testindən keçib-keçmədiyi və sağlamlığı ilə bağlı sualları şərh etməkdən boyun qaçırıb.
Ermənistanın həm Baş naziri, həm də prezidenti adətən İrəvanın mərkəzində yerləşən Qriqor Lusavoriç Kilsəsində ibadətə qatılırlar.
Müşahidəçilər Paşinyanın ermənilərin etirazı ilə üzləşməkdən və təxribatlardan çəkindiyi üçün Müqəddəs xaç suyuna salınma (Vəftiz) tədbirinə qatılmadığını istisna etmirlər. Onların fikrincə, koronavirus təcridi bəhanə də ola bilər.
Xatırladaq ki, Nikol Paşinyan ötən il də yoldaşı ilə bərabər özünü təcrid etmişdi. Onun yoldaşı tərəfindən koronavirusa yoluxduğu bildirilirdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar