Xəbər lenti
 
 
“Son ayların təcrübəsi göstərir ki, Qarabağ mövzusu Ermənistanda hakimiyyəti dəyişdirmək üçün müxalifətin əlində ən effektli alət deyil”.
 
Ovqat.com xəbər verir ki, erməni politoloq Yervand Bozoyan bu qənaətdir.
 
Politoloq media açıqlamasında bildirib ki, Ermənistan cəmiyyətinin nəfəs kəsərək yanvarın 11-də Moskvada Ermənistan, Rusiya və Azərbaycan başçıları səviyyəsində gözlənilən görüşün nəticələrini gözlədiyini söyləmək mübaliğə olmazdı: “Artıq bir neçə gündür mətbuatda və sosial şəbəkələrin erməni seqmentində belə bir şayiələr yayılır ki, Rusiyanın paytaxtında İrəvanla Bakı arasında sərhədlərin demarkasiyası, əsirlərin geri qaytarılması və müharibədən sonrakı vəziyyətlə bağlı bir çox məsələlər barəsində hansısa razılaşma imzalanacaq. Baş nazir Nikol Paşinyan da daim ağrılı güzəştlərdən danışır. Facebook səhifələrində erməni xalqının Paşinyana İlham Əliyevlə danışıqlar aparmağa və əraziləri Azərbaycana güzəştə getməyə səlahiyyət vermədiklərini bəyan edən fləşmob işə salınıb. Amma bütün bunlar xalqın hakimiyyətə qarşı aktiv mübarizəyə qoşulmasına yardım etməyib”.
 
Yervand Bozoyanın fikrincə, Ermənistanda gərginlik və bədbin əhval-ruhiyyə Paşinyanın ictimai legitimliyinin itirilməsi ilə bağlıdır. 
 
“Noyabrın 10-da atəşkəsin imzalanmasından və müharibədə məğlubiyyətdən sonra vətəndaşlar hakimiyyətin bəyanatlarına inanmamağa başladılar. Artıq Ermənistan Silahlı Qüvvələrinə də əvvəlki etimad yoxdur. Bütün bunların fonunda Qarabağla bağlı hər hansı bir sənədin imzalanması son dərəcə ciddi narahatlıq doğurur. Rəsmi strukturların dilindən səslənən ifadələr, sözlər həqiqətə yaxın olsa da, insanlar onlara böyük şübhə ilə yanaşırlar. Hansı sənədin imzalanmasından asılı olmayaraq, vətəndaşların hakimiyyətə total inamsızlığı var və olacaq", - deyə Bozoyan bildirib.
 
 
Ekspert əlavə edib ki, Ermənistanda çox paradoksal vəziyyət yaranıb. “Dünya tarixindən məlumdur ki, istənilən ölkənin hərbi məğlubiyyətindən sonra orada çox vaxt hərbçilərin təşəbbüsü ilə hakimiyyət dəyişikliyi baş verir. Latın Amerikası ölkələrində, Avropanın bir sıra dövlətlərində – İspaniyada, Yunanıstanda belə olub. Lakin biz Ermənistanda çox qəribə vəziyyət görürük-ölkə lideri istefa vermək istəmir, çünki öz fiziki təhlükəsizliyinə zəmanət hiss etmir, güc strukturları isə özlərini çox passiv və hətta müti aparırlar. Hətta düşünmək olar ki, Ermənistanda real güc strukturları yoxdur", - deyə politoloq bildirir.
 
 
O hesab edir ki, güc strukturlarının funksiyalarının müəyyən mənada müxalifət öz boynuna götürürək hakim komandanı hakimiyyətdən uzaqlaşdırmağa çalışır – mitinqlər təşkil etməklə, "ləyaqət marşları" keçirməklə və s. 
 
Bozoyanın fikrincə, hətta 1988-ci ildə Ermənistanda başlayan hərəkat daha çox milli-sosial hərəkat idi: “Eyni sözləri aprel 2018-ci ildə "Məxmər İnqilabı" haqqında demək olar. İnsanlar oligarxik rejimdən xilas olmaq və yaxşı yaşamağa istədilər. İndi isə müxalifət fəallığının əsasında "yaxşı yaşamaq" ideyası yoxdur, "dövləti xilas etmək" ideyası var. Bu, müxalifətin şanslarını aradan qaldırır. Belə vəziyyətdə ritorikaların "sosiallaşmasına”, ehtiyac var, amma bunun üçün də müəyyən vaxt tələb olunur”.
 


Ana səhifəyə qayıt        Baxış: 5 000          Tarix: 11-01-2021, 12:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma