Xəbər lenti
 
“ABŞ-ın dövlət başçısının milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun  planları bu günki Ermənistanın varlığını sual altına qoyur”. 
Moderator.az xəbər verir ki, bunu “Qolos Armenii”(“Ermənistanın səsi”) nəşrinə Ermənistanın "Siyasi İqtisadiyyat" Tədqiqatlar İnstitutunun siyasi  icmalçısı, politoloqYervand Bozoyan söyləyib.
Bozoyan bildirir: “Bolton üçün Azərbaycan - Güney Qafqazda Türkiyənin davamıdır. “Eyni zamanda, Azərbaycanın güclənməsi həm Rusiya, həm İran üçün və eləcə də Ermənistan üçün sərfəli deyil. Və  əgər Azərbaycanın güclənməsinə mane olurlarsa, o zaman onlar "zərərsizləşdirilməlidir"...” 
Erməni ekspertin fikrincə, Ermənistan  üçün bu, Rusiyameyilli mövqenin Türkiyəmeyilli mövqeyə dəyişdirilməsi, Qarabağdan imtina edilməsi  və ya mövcud vəziyyətdəki erməni dövlətinin varlığının sonuna gətirib çıxaracaq. 
Y.Bozoyanin sözlərinə görə, işğalçı ölkə baş naziri Nikol Paşinyan məhz bu hədəfləri təqib edir: Qarabağ elitasını neytrallaşdırmaq, ordunun diskreditasiyası(nüfuzdan  salınması)  və dağıdılması. “Və həmin problemləri həlli üçün Paşinyana yardım etməkdən ötrü Ermənistanda nəhəng "politoloqlar”, “siyasi xadimlər”, “hüquq müdafiəçiləri”, partiyalar və KİV şəbəkəsi yaradılıb. Onların vəzifəsi hakimiyyətə erməni ictimaiyyətinin köhnə stereotiplərini dəyişdirməkdə kömək etməkdir" – erməni politoloq belə hesab edir.
Xatırladılır ki, Con Bolton 1989-cu ildən ABŞ-da yüksək vəzifələr tutur. O, ABŞ Dövlət Katibinin beynəlxalq təşkilatlar üzrə köməkçisi, sonra ABŞ Dövlət katibinin silahlara nəzarət üzrə müavini olub. 2018-ci ilin aprel ayından etibarən Birləşmiş Ştatlar Prezidenti  Donald Trampın milli təhlükəsizlik üzrə  məsləhətçisi kimi  kimi çalışır.
Sultan Laçın



Ana səhifəyə qayıt        Baxış: 476          Tarix: 8-07-2019, 12:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma