Xəbər lenti


Eurasia Review, ABŞ
28.01.2021


Müəllif: Esmira Cəfərova
İkinci Qarabağ müharibəsi Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla bitib. Bununla da Ermənistanla Azərbaycan arasında 30 ilə yaxın davam edən münaqişə faktiki olaraq, sona çatıb.

Üxtərəfli bəyanatda çox mühüm müdəalar var. Yəni sənəd sadəcə, hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutumur. Kəlbəcər (2020-ci il noyabrın 15-də), Ağdam və Laçın (2020-ci il dekabrın 1-də) daxil olmaqla, Azərbaycanın işğal altındakı əraziləri həmin bəyanata əsasən azad edilib. Başqa sözlə, bunun üçün hərbi əməliyyatlara ehtiyac qalmayıb (bəyanatın 2 və 6-cı maddələri).

Sənədin digər maddələrində əsir və girovların, həmçinin cəsədlərin mübadiləsindən (8-ci maddə), bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasından (9-cu maddə) danışılır. Üçtərəfli bəyanatda başqa mühüm məqamlar da var. Amma bu məqalənin məğzi sənədin necə icra olunacağına aid deyil. Biz Ermənistanla Azərbaycanın regionda sülhün qurulması üçün eyni dərəcədə səy göstərib-göstərməmədiyinə, onların əsl niyyətlərinə nəzər salacağıq.

Ermənistanla Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etməsindən sonra ilk dəfədir ki, (İkinci Qarabağ müharibəsindən sonra) onların arasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin açıla biləcəyinə böyük ümidlər yaranıb. 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli Moskva bəyanatı məhz bunu nəzərdə tutur. Həmin sənədə əsasən, Rusiya, Azərbaycan və Ermənistanın müvafiq hökumət orqanlarına Naxçıvan dəhlizinin yaradılması üçün konkret təkliflər vermək, bu istiqamətdə irəliləmək tapşırılıb.

Tərəflər arasında ötən il noyabrın 10-da imzalanmış bəyanatdan sonra cərəyan edən hadisələr göstərir ki, Bakı anlaşmanın yerinə yetirilməsi üçün həqiqətən əlindən gələni edir. O, bunu əməkdaşlıq prinsiplərinə əsaslanan davranışları ilə açıq şəkildə göstərir. Məsələn, hələ birgə bəyanatın imzalandığı ilk günlərdə Yerevan Moskva vasitəsilə Bakıya müraciət etmiş, Ermənistan silahlı qüvvələrinin və işğal dövründə bu rayonda məskunlaşmış erməni əhalinin ordan çıxarılması üçün verilmiş müddətin 10 gün uzadılmasını xahiş etmişdi. O zaman Azərbaycan tərəfi qış fəslinin başladığını nəzərə alaraq, xahişi müsbət cavablandırmışdı.

Lakin Bakının əməkdaşlıq prinsipinə əsaslanan bu davranışına qarşılıqlı cavab verilməmiş, əvəzində erməni əhali Kəlbəcərdə genişmiqyaslı talançılığa əl atməş, evləri dağıtmış, yandırmış, ağacları, elektrik naqillərini kəsmiş, infrasturuktura, dini və mədəni abidələrə ziyan vurmuşdu. Onların bu əməlləri arasında ən bədnamı isə Xudavəng monastrından 800 illik tarixi olan dini freskaların sökülüb aparılması idi.
Bakının xoş niyyətini göstərən daha bir nümunə Azərbaycan tərəfinin 10 noyabr bəyanatının əsir və girovlarla bağlı 8-ci maddəsinə əsasən, erməni tərəfinə çox sayda cəsədi təhlil verməsidir. Ermənistan tərəfi isə Azərbaycana daha az hərbçi cəsədi qaytarıb. Azərbaycanın təhvil verdiyi meyit sayı 1200-ə çatıbsa, əvəzində Bakı bütün cəsədlərini geri ala bilməyib.

Bundan başqa, Azərbaycan ötən ilin dekabrın sonuna qədər Ermənistana 58 əsir və girov qaytarıb. Ermənistan isə yalnız 14 Azərbaycan vətəndaşını azad edib. Üstəlik, rəsmi Bakı hələ müharibənin qızğın dövründə erməni hərbçilərinin cəsədlərini Tovuz dəhlizi vasitəsilə birtərəfli qaydada qaytarmağa hazır olduğunu bildirirdi. Halbuki, o zaman hələ əsir və cəsədlərin mübadiləsi sistemləşdirilməmişdi. Bu məsələ də yalnız 10 noyabr bəyanatı ilə konkretləşib.

Bu da son deyil. Bütün yaşananlardan sonra Azərbaycan Ermənistan vətəndaşlarının Gorus-Qafan yolundan istifadəsinə heç bir əngəl yaratmır. Məsələ ondadır ki, bu yolun bir hissəsi Azərbaycanın azad edilmiş ərazilərindən keçir. Erməni tərəfi isə yenə də Bakının bu konstruktiv addımını yüksək qiymətləndirməkdənsə, Gorus-Qafan yolunda Azərbaycana aid yol nişanlarını dağıdır. Söhbət həm də üzərində Azərbaycan xəritəsinin təsvir olunduğu lövhədən gedir. İnternetdə yayılmış videolarda ermənilərin bu yol nişanına görə Ermənistan hökumətini və Azərbaycanı tənqid etdiyi görünür.

Bu cür addımlar şübhəsiz ki, düşmənçiliyi dərinləşdiri, iki dövlət arasında sülhün bərqərar olması şansını azaldır. Halbuki, söhbət xüsusilə sadə insanların ehtiyaclarının təminindən gedirsə, Azərbaycan tərəfi əməkdaşlıq prinsiplərinə əsaslanan ardıcıl addımlar atır. Daha bir fakt: Azərbaycan rusiyalı sülhməramlılara nəzarət etdikləri ərazilərdə erməni əhaliyə humanitar yardım göstərmək icazəsi verib. Bakı onlara öz ərazisilə məhsulların nəqlinə də imkan açıb. İndi lazımlı məhsullar dəmir yolu vasitəsilə Bərdə şəhərinə, oradan avtomobil yolu ilə Dağlıq Qarabağa göndərilir. Azərbaycan buna xüsusilə qış fəsli ilə əlaqədar icazə verir. Halbuki, Azərbaycan prezidenti İlham Əliyevinin də dediyi kimi, Bakı bunu etməyə borclu deyil.

Təəssüf ki, Ermənistanda hələ də bu kövrək vəziyyəti pozmaqda maraqlı olan irredentist qüvvələr var. Məsələn, Azərbaycan bu günlərdə Xocavənd rayonunun azad edilmiş Hadrut qəsəbəsi ətrafındakı meşələrdə gizlənmiş erməni yaraqlılarına qarşı antiterror əməliyyatı keçirib. Bakı Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə noyabrın 10-da imzalanmış bəyanatdan sonra keçmiş onlarla Ermənistan vətəndaşının həbs edildiyi haqda da xəbər yayıb. Onlar bu ərazilərə Azərbaycana qarşı təxribat törətmək məqsədilə gəliblərmiş.

Belə hadisələr şübhəsiz ki, Cənubi Qafqazda sülh və təhlükəsizliyinin bərqərar olmasına imkan vermir. Hər halda, xoş niyyət, humanistlik birtərəfli olmalı deyil. Yaxşı nəticələr yalnız o halda mümkündür ki, bu addımlara qarşılıq verilsin. Lakin görünən odur ki, Ermənistan Azərbaycanın düşmənçiliyin aradan qaldırılması, inamın gücləndirilməsi istiqamətindəki addımlarına qarşılıq vermir. Halbuki, müharibəni bitirmiş mühüm razılaşmaların həyata keçirilməsi məhz qarşılıqlı güzəştlərdən, həqiqi səylərdən asılıdır. Söhbət təkcə tərəflər arasında ötən ilin noyabrında imzalanmış bəyanatın həyata keçirilməsindən deyil, həm də üçtərəfli Moskva bəyanatının reallaşdırılmasından gedir. Sonuncu üçtərəfli bəyanata əsasən, Ermənistanla Azərbaycan arasında əlaqələrdə yeni səhifə açılmalı, regionda bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Bu məqsədlə Mehri dəhlizindən istifadə də nəzərdə tutulur.

Bir sözlə, ümumi tarixin qaranlıq səhifələrini çevirməyə hər iki ölkə çalışmalıdır. Cənubi Qafqazda əməkdaşlıq və sabitliyə nail olunması üçün qarşılıqlı addımlar atmalıdır. Birtərəfli addımların heç bir nəticə verməyəcəyinə şübhə yoxdur.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Eurasia Review


Ana səhifəyə qayıt        Baxış: 4 367          Tarix: 28-01-2021, 14:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma