Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Foreign Policy News, ABŞ 21.01.2021 Müəllif: Esmira Cəfərova 2020-ci il əksər ölkələr üçün misli görünməmiş il sayıla bilər. COVID-19 pandemiyası ölkələr üçün çoxsaylı problemlər yaradıb. Azərbaycanlılarla ermənilər üçünsə ötən il daha çox 44 günlük müharibə ilə yadda qalıb. Müharibə iki ölkə arasında Azərbaycanın Dağlıq Qarabağ regionu üzündən təxminən 30 il idi davam edən münaqişənin faktiki olaraq sona çatması ilə nəticələnib. Ötən il sentyabrın 27-də başlamış və noyabrın 10-na qədər davam etmiş hərbi əməliyyatlar Rusiya, Azərbaycan və Ermənistan arasında 9 maddəlik üçtərəfli bəyanatın imzalanması ilə bitib. Bəyanatda Azərbaycanın işğal altında qalmış ərazilərinin azad edilməsi, erməni hərbi birləşmələrinin bu ərazilərdən geri çəkilməsi ilə paralel, bölgəyə rusiyalı sülhməramlıların yerləşdirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin açılması nəzərdə tutulur. Tərəflər arasında imzalanmış razılaşmanın icrasında hələ ki ciddi əngəl yoxdur. Bəyanatın 2 və 6-cı maddələrinə müvafiq olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılıb. Rusiyalı sülhməramlılar razılaşmanın həyata keçirilməsinə yardım göstərmək məqsədilə regionda yerləşdirilib. Türkiyə Respublikasının hərbi qulluqçularının da daxil olduğu sülhməramlı mərkəz isə, Ağdam şəhərində yerləşir. Son məlumata əsasən, artıq burada türkiyəli hərbi qulluqçular (1 general və 35 zabit) da fəaliyyətə başlayıb. Lakin bəyanatın 4-cü maddəsi hələ də yerinə yetirilməyib. Həmin müddəaya əsasən, bölgəyə rusiyalı sülhməramlılarının yerləşdirilməsi Ermənistan silahlı qüvvələrinin oranı tərk etməsilə paralel həyatga keçirilməli idi. Lakin bu gün rusiyalı sülhməramlıların nəzarət etdiyi Azərbaycan ərazilərində hələ də qalan erməni silahlı qüvvələrinin tərk-silah edilməsi ilə bağlı problemlər var. Yeri gəlmişkən, Azərbaycan tərəfi bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidmətinin Azərbaycanın Xocavənd rayonunun azad edilmiş Hadrut qəsəbəsi ətrafındakı meşələrdə gizlənmiş erməni yaraqlılarına qarşı antiterror əməliyyatı keçirdiyi haqda məlumat yayıb. Bakı noyabrın 10-da imzalanmış bəyanatdan sonra Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə keçmiş 62 Ermənistan vətəndaşının həbs edildiyi haqda da xəbər yayıb. Onlar bu ərazilərə Azərbaycana qarşı təxribat törətmək məqsədilə gəliblərmiş. Bir sözlə, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın bütün müddəalarının yerinə yetirilməsi xüsusilə bu gün həyati əhəmiyyət kəsb edir. Çünki tərəflər bəyanatın 9-cu maddəsinə əsasən, artıq iqtisadi və nəqliyyat əlaqələrini açmağa başlayır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci il yanvarın 11-də imzaladıqları növbəti üçtərəfli bəyanatla, faktiki olaraq bu prosesə start verib. Moskva bəyanatına əsasən, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrup yaradılacaq. Regionda bütün kommunikasiyalar məhz bu qrupun nəzarəti altında açılacaq. İşçi qrup bu il yanvarın 30-na qədər ilk iclasını keçirməli və bu proseslə bağlı prioritet məsələlər haqda qərar verməlidir. Bundan başqa, hər üç tərəfinin dövlət orqanlarını təmsil edəcək ekspert yarımqrupları da yaradılacaq. Onlar işçi qrupun iclasından sonra 1 ay müddətində layihələrin siyahısını tutacaq, nəzərdə tutulmuş işlərin reallaşdırılması üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar. Beləliklə, işçi qrup 2021-ci il martın 1-dək regionda zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılma qrafikini təqdim etməlidir. Tərəflər arasında ötən il noyabrın 10-da imzalanmış bəyanatdan sonra bu il yanvarın 11-də Moskva bəyanatının açıqlanması əslində, Cənubi Qafqazda əməkdaşlıq və sülh şəraitində birgəyaşayış yolunda mühüm addımdır. Bu mühüm hadisədən qabaq Azərbaycan və Türkiyə prezidentləri də xüsusi təklif irəli sürmüşdülər. İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan ötən ilin dekabrında Bakıda keçirilmiş “Qələbə paradı”ndan sonra regionun 6 ölkəsi – Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanın iştirak edəcəyi çoxtərəfli əməkdaşlıq platformasının yaradıla biləcəyini demişdilər. İndi regionda bütün kommunikasiyaların açılması, yeni əməkdaşlıq platformalarının yaradılması bütün tərəflərin xoş niyyətindən və öhdəliklərə sadiqliyindən asılıdır. Belə bir şəraitdə Ermənistan öz tarixinin qaranlıq səhifələrini bağlamağa hazır olmalıdır. Buraya millətçilik və eskpansionizmlə güclənmiş işğalçılıq siyasəti, irredentist iddialar da daxildir. Region indiyədək çoxsaylı sülh və çiçəklənmə imkanlarını məhz bu siyasət ucbatından itirib. Bir sözlə, Qafqazda sülh həyata keçirilməsi çətin olan arzu kimi qəbul edilməli deyil. Cənubi Qafqazdakı postsovet dövlətlərinin bu arzunu həyata keçirmələri ilk dəfə bu qədər mümkün görünür. Köhnə yaraları sağaltmağın, irəli getməyin vaxtıdır: daha yaxşı, çiçəklənən, sülhün bərqərar olduğu Cənubi Qafqaza doğru. (İngilis dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar