Xəbər lenti


Fararu, İran
03.03.2021


Azərbaycanda Novruz bayramı öncəsi çərşənbə axşamları xalqın milli adət-ənənələrindəndir.

Azərbaycanda Novruz bayramı və Od çərşənbəsi İranda keçirilən eyniadlı mərasimlərə çox bənzəyir. Azərbaycanlılar bayramadək olan dörd çərşənbə axşamını təbiəti formalaşdıran dörd ünsür – su, yel, torpaq və odu xatırlayaraq qeyd edir.

“Fararu” xəbər verir ki, İranda olduğu kimi, Azərbaycanda da Novruz bayramının qeyd edilməsi tarixi bir neçə əsir əvvələ gedib çıxır. Bu bayram illərdir Azərbaycan xalqının milli adət-ənənələrinin bir hissəsidir. Onlar hər il fevralın sonlarından başlayaraq, dörd çərşənbə axşamını bu ardıcıllıqla qeyd edirlər: Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və sonuncusu Torpaq çərşənbəsi.

Azərbaycanda hər dörd çərşənbə axşamı tonqal qalanır, paytaxt Bakıda və ölkənin bütün şəhər və rayonlarında məhəllələrdə Novruz ayinləri həyata keçirilir.

(Fars dilindən tərcümə - WorldMedia.Az

Mənbə: Fararu 



Ana səhifəyə qayıt        Baxış: 3 906          Tarix: 3-03-2021, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma