Xəbər lenti


SABAH, Türkiyə
12.04.2021


Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycanın mülki yaşayış məntəqələrinə ballistik raket zərbələri endirməsi haqda danışıb. “Vicdanın, təfəkkürün qəbul edə bilmədiyi hadisədir. Bunu bütün dünya görməlidir. Təəssüf ki, dünya ayağa qalxması zəruri olduğu halda, səssiz qalır”, - deyə o, bildirib. 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul şəxslərinin, nazirlər və digər yüksək rütbəli təmsilçilərinin Bakıda keçirilən 3-cü toplantısının iştirakçıları son Qarabağ müharibəsi zamanı Ermənistanın balistik raketlərlə hücum etdiyi, nəticədə mülki şəxslərin həyatını itirdiyi Gəncə şəhərində olublar. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov, Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray Gəncədə dağılmış binaların dağıntıları arasında gəzərək, vəziyyətlə yerində tanış olub, həlak olmuş insanların xatirəsini anaraq əraziyə qərənfillər düzüblər.
Səfərdə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altunun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibində “Anadolu” agentliyinin İdarə Heyətinin sədri Sərdar Qaragöz də olub.

“İnsanları qətlə yetirmək hərbi cinayət, bəşəriyyətə qarşı cinayətdir”
Fəxrəddin Altun AA müxbirinə açıqlamasında Ermənistanın bu əraziyə hücumu nəticəsində 10 mülki vətəndaşın həlak olduğunu xatırladıb. Müharibə dövründə Gəncədə 26, ümumilikdə isə 100-dən çox azərbaycanlı mülki şəxs həlak olub. Altun həmin vaxt təxminən 500 mülki vətəndaşın yaralandığını da xatırladıb.

Fəxrəddin Altun deyib ki, Ermənistanın cəbhədə məğlubiyyətinin, işğal etdiyi ərazilərdən çəkilməyə məcbur qalmasının əvəzini yaşayış məntəqələrinə zərbələr endirməklə almağa çalışıb.

“İnsanların yatdığı gecə saatlarında körpələr də daxil olmaqla, mülki şəxsləri qətlə yetirmək hərbi cinayət, bəşəriyyətə qarşı cinayətdir. Hüquq varsa, bu hərbi cinayətləri törədənlər cəzalandırılmalıdır. Belə qətliamları anlamaq mümkün deyil. Vicdanın, təfəkkürün qəbul etə bilmədiyi hadisədir. Bunu bütün dünya görməlidir. Təəssüf ki, dünya ayağa qalxması zəruri olduğu halda, səssiz qalır”, - deyə o, qeyd edib.

Fəxrəddin Altun xatırladıb ki, həmin günlərdə dünya mətbuatı əksinə, yönləndirilmiş şəkildə Azərbaycanı, hətta Türkiyəni ittiham etməyə çalışıb: “Çünki Azərbaycan Ermənistanın işğal etdiyi ərazləri azad etməyə çalışır, Türkiyə isə bu işdə ona kömək edirdi. Halbuki, mülki insanların qırğınına heç bir halda haqq qazandırmaq mümkün deyil. Bu mənzərə qarşısında biz də mövqeyimizi ciddi şəkildə ortaya qoyuruq. İnsanlığa qarşı tərədilmiş cinayətlərin qarşısında susanların, xüsusilə bu cinayəti törədənləri dəstəkləyənlərin insan olduğunu demək çətindir. Beynəlxalq arenada bu hadisələrin hansı cavabı alacağını müşahidə edəcəyik. Bu haqlı mübarizəsində Azərbaycanın yanında olacağıq”.

“Bəşəriyyətə qarşı törədilmiş bu cinayəti diqqətdə saxlayacağıq”
Altun Gəncədə mülki vətəndaşların gecə saatlarında, yuxuda olarkən hədəfə alındıqlarını xatırladıb: “Bu, Avropanın hansısa şəhərində baş versəydi nələr görərdik? Reaksiya əlbəttə ki, tam fərqli olardı. Biz bu riyakarlığı qəbul etmirik. Odur ki, bəşəriyyətə qarşı törədilmiş bu cinayəti diqqətdə saxlayacağıq. Bu cinayəti törədənlərin mühakimə olunduğunu bütün dünya görməlidir və görəcək. Əks təqdirdə, ədalətdən danışa bilmərik. Bu mənada, Türkiyənin mübarizəsu haqq, ədalət mübarizəsidir. Burada törədinlərə göz yummayacağıq. Əksinə, gücümüzü ortaya qoyacaq, eyni zamanda, bölgənin bərpası və inkişafı üçün çalışacağıq”.

Azərbaycan-Türkiyə ittifaqından söz açan Fəxrəddin Altin deyib ki, beynəlxalq birlik türk dünyasının gücünü görür və görəcək. “Nə olursa olsun, bir daha bu cür işğala, belə terror hücumlarına imkan vermərik. Bu terror hücumlarını həyata keçirənləri, hərbi cinayət törədənləri harada olurlarsa olsunlar, təqib edəcək, cəzalanmaları üçün əlimizdən gələni əsirgəməyəcəyik”, - deyə o, bildirib.
(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: SABAH


Ana səhifəyə qayıt        Baxış: 3 770          Tarix: 12-04-2021, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma