Xəbər lenti


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları birgə əməliyyat keçirib.

Unikal.org-un əldə etdiyi məlumata görə, aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı Baş Gömrük İdarəsinin əməkdaşları inspektorlar İlahə Əliyeva, Azər Baxşiyev və idarənin rəsmiləşdirmə şöbəsində çalışan Elçin adlı şəxs istintaqa çağrılıb.

Onların ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Xatırladaq ki, bir neçə gün öncə Bakı Baş Gömrük İdarəsində 5 nəfər korrupsiyaya görə həbs edilmişdi.

Orxan Həsənli




Ana səhifəyə qayıt        Baxış: 4 192          Tarix: 24-05-2021, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma