Xəbər lenti

 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisin 30.06.2017 tarixində keçirilən növbədənkənar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklərin edilməsi ilə bağlı aparılan müzakirələr zamanı çıxış edərək, bir sıra mühüm dəyişiklərin edilməsinin vacibliyini diqqətə çatdırıb və təkliflər verib. Fərəc Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını Ovqat.com oxucularına təqdim edirik:

"Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim!

Bu dəyişikliklərdən də görünür ki, ölkə iqtisadiyyatında son vaxtlar bütün çətinliklərə baxmayaraq irəliləyişlər vardır. İxracatın artması çox təqdirə layiq haldır. Qeyri neft sektorunda dirçəlişin olması da görünür və hesab edirəm ki, payızda bu dirçəliş daha çox öz nəticələrini göstərəcəkdir. Xüsusən aqrar sahədə biz bunun şahidi olacağıq. Ona görə də demək olar ki, prezidentin müəyyənləşdirdiyi o yol xəritəsi uğurlu inkişaf edir. Amma bəzi məsələlərə də mən öz münasibətimi bildirmək istəyirəm:

Ehtiyac meyarı ilə bağlı olaraq həddin artırılması təqdirə layiqdir. Amma hesabtda göründüyü kimi, 2017-ci ilin müvafiq dövrü ilə müqayisə var. Burda istehlak məhsullarına xidmətin qiyməti 13 % artıb, o cümlədən ərzaq məhsullarının qiyməti 18%, qeyri-ərzaq məhsullarının qiyməti 12%, əhaliyə göstərilən ödəniş xidmətinin qiyməti 9 % artıb. Buna görə də ehtiyac meyarı həddinin birazda artırılması yerinə düşər.

İkinci, yenə də burda işlətməyə verilməsi mümkün olan sektorların xüsusən su, kommunal təsərrüfatla bağlı olan sektorlara böyük vəsaitlərin ayrılması məqsədə uyğun deyil. Bu məsələyə dəfələrlə biz toxunmuşuq. Mən və kolleqalarım bu məsələni qaldırdıq. Bu özəlləşmə məsələsi ilə bağlı olaraq vəsaitin onlardan alınması və digər zəruri sahələrə yönəldilməsi məncə daha uyğun olar.

Başqa bir məsələ ilə bağlı olaraq, burda ümumi dəyişikliyin fəlsəfəsində izah elədilər həm Maliyyə Nazirliyi, həm Ziyad müəllim toxundu ki, əsasən bank maliyyə sistemində dayanıqlığın təmin olunması və ölkənin daxili və xarici borc öhdəliklərinin tənzimlənməsi ilə bağlı olaraq bu dəyişiklikərə əl atılıbdı. Mən kreditlərin götürülməsi ilə bağlı olaraq bir məsələyə toxunmaq istəyirəm. Azərbaycan çox böyük kreditlər götürür və demək olarki, hər adam başına borcumuz 713 dollar olubdu. Sonra da burda Beynəlxalq Bankın dayanıqlığından və yaxud da onun götürdüyü öhdəliklərin alınması ilə bağlı məsələ qaldırılır. Belə çıxır ki, bir qrup adam Beynəlxalq Bankdan avantürist layihələr üçün vəsait götürməli, xərcləməli və bütün əhali də onun ağırlığını çəkməlidir?! Mən hesab edirəm ki, o kreditlərlə bağlı olaraq və götürülmüş kreditlərin geri qaytarılması ilə bağlı çox ciddi şəkildə tədbirlərin görülməsi vacibdir. Çünki, bu olmayınca həmin o xarici borclar və götürülən kreditlərin 10-20 il sonra qaytarılması əhalinin yük olaraqdan üzərində qalacaq.
 
Burda dördüncü bölümdə diplomatik korpusa yönəli vəsaitlərin artırılması ilə bağlı bənd vardır. Yeri gəlmişkən bildirmək istəyirəm ki, mən Avronest PA-nın iclasında Moldovada iştirak edəndə səfirliyimizdə oldum. Bu səfirliyimizin binası çox uğursuz bir yerdə alınıbdı, həm də böyük rəqəmlə ifadə olunan bir yer götürülübdü. Bina mühafizə olunan divarlar ərazidə qonşuların pəncələrinə baxır. Təsəvvür edin ki, 2-ci, 3-cü, 4-cü mərtəbələrdə ermənilər yaşayırlar və orda ofislər götürübdülər. Birmənalı şəkildə birbaşa bizim səfirliyimizin həyətini gözlə, vizual olaraq müşahidə edirlər. Ona görə mən müvafiq orqanlara çağırış etmək istəyirəm ki, mümkünsə onun satılıb, dəyişdirilməsi ilə bağlı olaraq tədbir görmək lazımdır. Ən azından bu heç bir qaydaya sığmayan bir şəraitdir. Çünki, mən diplomatik korpusun, səfirliyin nümayəndələri ilə də söhbətlər elədim və çox ciddi şəkildə bu məsələdən narahatlıqlarını bildirdilər. Ona görə mən bu məsələni burda Xarici İşlər Nazirliyi və müvafiq strukturların diqqətinə çatdırmaq istədim.

Burda bizim kolleqalarda məsələ qaldırdılar. Mən keçən dəfə büdcə müzakirəsində də bu məsələyə toxunmuşdum. Cərimələrdən olan vəsaitlərdən büdcəyə daxil olmalarda 100 milyona qədər vergi ödəmələrinin cərimələrin daxil olması nəzərdə tutulmuşdur və 2 milyona qədər də yol hərəkəti qaydalarının pozulması ilə bağlı olaraq daxilolmalar nəzərdə tutulmuşdur. Yenə bunlar saxlanılır. Mən yenə o məsələyə qayıdıram, bizim hörmətli kolleqamızda toxundu bəlkə bu il yol hərəkəti qaydalarında hərkəs normal şəkildə intizamlı bir sürücü oldu və yaxud da, vergi ödəyiciləri intizamlı oldular və bunlar olmadı. Ona görə belə bu cür xərcləri nəzərdə tutmaqdansa, daha çox əvvəl toxunduğum şərtlərlə real olan yerlərdən vəsaitin təmin olunmasına əl atmaq mümkündür. Mən toxundum, mülkiyyət hüququnu dövlət özündə saxlamaq şərti ilə kommunal sektoru və işlətməyə verilməsi mümkün olan sektorları özəlləşdirməklə bu vəsaitləri götürmək daha doğru olardı.

Təşəkkür edirəm."




Ana səhifəyə qayıt        Baxış: 1 177          Tarix: 3-07-2017, 07:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma