Tarixə adını yazdırmış əfsanəvi Monqol imperatoru və tarixin ən güclü sərkərdəsi Çingiz xanın gücü, hakimiyyəti müasir dövrümüzdə də bir çox insanların diqqət mərkəzindədir.
Kult.az Çingiz xan haqqında bəzi maraqlı məlumatları təqdim edir:
Monqol imperatoru Çingiz xanın əsl adı Timuçindir. Ləyaqətli, olduqca güclü ordusu olduğu üçün tarixin ən qüvvətli sərkərdəsi hesab olunur.
Bu mövzu tarixçilər arasında mübahisəli olsa da, Monqol imperatorluğunun həyata keçirdiyi döyüşlərdə dünya əhalisinin 11 faizinin öldüyü iddia edilir. Bu isə o dövr üçün 40 milyon insana bərabərdir. İndiki dövrdə bu rəqəm 750 milyon edir.
“Çingiz xan qanunları” deyə bir anlayış var. İmperatorluqda qeydsiz-şərtsiz bu qanunlara boyun əymək vacib idi. Bu qanunlara görə, zina edənlər, yalan danışanlar, suyu çirkləndirənlər, casuslar edam edilirdi.
Məşəqqətli bir uşaqlıq dövrü olan Timuçin 10 yaşında olarkən ovladıqları heyvanı bölüşdürməkdə razılığa gələ bilmədiyi üçün ögey qardaşı Bekteri öldürüb.
Timuçin 16 yaşında Börte adlı bir qadınla evlənib. Daha sonra Börte merkitlər tərəfindən qaçırılıb və bir adamın qadını olub. Xilas edildikdən 9 ay sonra isə doğuş edib. Çingiz xan oğluna monqolca “qonaq” mənasını verən “Cuci” adını qoyub. Cucini heç vaxt digər oğullarından ayırmayıb.
Tarixə damğasını vurmuş bir hökmdar olmasına baxmayaraq, onun fiziki xüsusiyyətləri ilə bağlı tam məlumat yoxdur. Bir çox mənbədə o, uzun, gur saqqallı və saçlı şəxs kimi təsvir edilir, digər qaynaqlarda isə qızıl saçı və yaşıl gözləri olduğu haqda yazılara rast gəlinir.
Xəyanəti heç bir halda qəbul etməyib. Öz düşməni də daxil olmaqla, xəyanət edənləri edam etdirib. Çingiz xan qardaşı Camuka ilə liderlik çəkişmələri nəticəsində düşmən olmuşdu. Qaçaq həyatı yaşayan Camukanı adamları aldadaraq imperatorun yanına aparır. Çingiz xan isə həmin şəxsləri Camukaya etdikləri xəyanət səbəbi ilə edam etdirir.
Deyilənlərə görə, fəth etdiyi torpaqlarda qadınlardan övlad sahibi olurmuş. Bu məlumata əsaslanaraq araşdırmacılar hazırda dünyadakı hər 200 nəfərdən birinin Çingiz xanın soyunu daşıdığını iddia edir.
1227-ci ilin 18 avqustunda ölən Çingiz xanın məzarının harada olduğu bilinmir. Basdırıldıqdan sonra məzarın gizli saxlanılması üçün bir neçə at qəbirin üstündə gəzdirilib, beləliklə də məzarın yeri silinib. Məzarın yeri bilinməsin deyə cənazəyə qatılan hər kəs öldürülüb.
Müasir dövrümüzdə Çingiz xanın məzarının açılacağı halda lənət gətirəcəyinə inanırlar və buna görə də məzarın yeri axtarılmır.
“Mən Tanrının cəzasıyam. Əgər heç bir günahınız olmasaydı, Tanrı sizi cəzalandırmağım üçün məni göndərməzdi”, - Çingiz xanın bu sözləri tarixə yazılıb.
Paylaş: