"İstehlak mallarında 75%, dərman perepatratlarında 55% idxaldan asılı olan, nou-hau və ixtiralara görə dünya bazarının 1%-dən azını tutan Rusiya iqtisadiyyatı Ukrayna ilə müharibə başlayandan sonra özünün ən ağır təcridi ilə üz-üzə qalıb".
Ovqat.com rus mətbuatına istinadən xəbər verir ki, ölkənin İqtisadi İnkişaf naziri Maksim Reşetnikov çərşənbə günü media nümayəndələrinə açıqlamasında belə deyib.
Reşetnikovun iddiasına görə, idxalın azalması fevral ayı ilə müqayisədə ən aşağı səviyyəyə - 50%-ə çatıb.
O həmçinin etiraf edib ki, Rusiya rəsmiləri Asiyaya səfər edərək yerli biznesi Qərb şirkətlərinin boşaltdıqları yerləri doldurmağa çağırsalar da, indiyə qədər bu uğursuzluğu bərpa etmək mümkün olmayb: “İndi idxalda azalma 40% təşkil edir”.
Rusiya iqtisadiyyatında ortaya çıxan bu çətinliklər Kreml yetkililərini bədbin faktları müxtəlif yollarla gizlətmək məcburiyyətində buraxıb. Artıq üç aydır ki, rəsmi statistikalar dərc olunmur. Federal Gömrük Xidməti "spekulyasiya" risklərini əsas gətirərək məlumatları məxfi saxlayır.
Rusiyanın əsas ticarət tərəfdaşlarından alınan məlumatlar da qaranlıq mənzərə yaradır: Almaniyadan daşınmalar 70%, Yaponiyadan 76%, Cənubi Koreyadan 74% azalıb. Kremlin ümid bağladığı Çin isə köməyə gəlməyə tələsmir və Rusiyaya ixracı 38% azaldıb.
Dünya iqtisadiyyatının yarıdan çoxunu düşmən elan edən Kreml “möhtəşəm planlar”ını açıqlamasına baxmayaraq, Rusiyanın iqtisadi vəziyyəti olduqca acınacaqlıdır. Vladimir Putin avtomobil sənayesi texnologiyasını sıfırdan yenidən yaratmağı, elektronika malları istehsalını öyrənməyi tələb edir və hökumət SSRİ dövründə olduğu kimi ildə 100 təyyarə istehsal etmək niyyətini açıqlayıb.
İdxal sahəsində ağır vəziyyətlə üzləşən Rusiyanın yaranan boşluğu öz sənaye məhsulları ilə doldurmaq imkanları isə məhduddur. Ölkə iqtisadiyyatı il ərzində 70 nəfərə bir adyal, 12 qadına bir paltar, 145 milyon insana bir ütü belə istehsal etmək gücündə deyil.
Digər bir məlumata görə, Avropadan konteyner daşımaları praktiki olaraq dayanıb. İyun ayında Baltik limanlarından mal dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 85% çöküb. "Bu gün biz “əmtəə quyusu" ni görürük, çeşidlər azalır", — deyə Apple və Samsung şirkətinin Merlion rəhbəri Dmitri Vinogradov bildirib.
“Qazprom” dövlət şirkətinin səhmləri Moskva birjasında 30%-dən çox dəyər itirib. “The Insider” yazır ki, çökməyə səbəb qaz monopoliyasının Direktorlar Şurasının 2021-ci il üçün dividend ödəməmək qərarı olub. Dövlət şirkətinin mesajında deyilir ki, birjanın açılışında “Qazprom”un səhmləri 300 rubla satılıb.
Dividendləri ödəməkdən imtina dünən Moskva saatı ilə 11:46 radələrində məlum olub. Buraxılış dərc edildikdən sonra səhmlər aşağı düşüb günün ən yüksək səviyyəsindən 30% ucuzlaşıb və 207,69 rubla çatıb.
Paylaş: