Xəbər lenti
27-11-2024, 19:25


 


 

ABŞ və Rusiya Suriyada döyüş bölgəsində sıx təmasda olduqları üçün hərbi qarşıdurmaya girə bilər. 

 

Ovqat.com-un məlumatına görə, Amerikanın “Newsweek” jurnalının eksperti Bonni Kristian dünən qələmə aldığı məqaləsində bu iddianı irəli sürüb.

 

O, Avropadakı mövcud vəziyyətin və ölkələr arasındakı qarşıdurmanın güclənməsinin hərbi toqquşma riskini xeyli artırdığı qənaətində olduğunu bildirib. Ekspert xatırladıb ki, Suriyada mövcud olan ölkələrin hərbi qüvvələri açıq qarşıdurmada olmasalar da, sıx təmasdadırlar və tez-tez qarşıdurmalara girirlər.

 

Bu, hətta şahinləri də qorxudan fikirdir, çünki Vaşinqton və Moskvanın nüvə arsenalları işə salınsa, dünyanı dəfələrlə məhv etməyə çatar”, - Kristian yazır.

 

Qeyd edək ki, ABŞ mediası son zamanlar Suriyada Rusiya ilə Amerika arasında nüvə müharibəsi ehtimalından tez-tez bəhs edirlər. İyunun 17-də “The Wall Street Journal” da Amerika rəsmilərinə istinadən yazmışdı ki, Vaşinqton Rusiyanın Suriyada ABŞ-la toqquşma riskini artırdığı iddia edilən hərəkətlərindən narahatdır. Bildirildiyinə görə, Rusiya Silahlı Qüvvələri Suriya-İordaniya sərhədi yaxınlığında ABŞ əsgərlərinin yerli yaraqlılara təlim keçdiyi qarnizona aviazərbələr endirib. Materialda qeyd edilir ki, koalisiya nümayəndələri arasında itkilərin olmamasına baxmayaraq, Ukraynada davam edən savaşa görə iki ölkə arasında gərginlik ən yüksək səviyyədədir.




Ana səhifəyə qayıt        Baxış: 3 897          Tarix: 2-07-2022, 13:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma