Bu gün (30 avqust 2022-ci il) Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr mətbuat konfransı keçirib və öz tərəfdarlarını Yaşıl Zonadakı nümayiş və tətillərdən geri çağırıb.
Ovqat.com ərəb mediasına istinadən xəbər verir ki, Sədr üsyançılara geri çəkilmək üçün bir saat vaxt verib və baş verənlərdən narahat olduğunu deyərək İraq xalqından üzr istəyib.
"Mənim ölkəm əvvəllər korrupsiya əsiri idi, indi isə həm korrupsiya, həm də zorakılıq əsiridir. Ümid edirdim ki, silahsız dinc nümayişlər olacaq. Zorakılıqla müşayiət edən hər hansı inqilab inqilab deyil", - Müqtəda əs-Sədr belə deyib.
Sədr hərəkatının lideri tərəfdarlarına Yaşıl Bölgədən geri çəkilmələri üçün bir saat vaxt verib, tələbi yerinə yetirmədikləri təqdirdə onları lənətləməklə hədələyib. “İraq qan axıdılması haramdı”, - deyə Sədr vurğulayıb.
Sədr vəziyyəti qoruduğu üçün təhlükəsizlik qüvvələrinə, Haşdi Şaabi əməkdaşlarına və Silahlı Qüvvələrin baş komandanına təşəkkür edib.
Paylaş: