Xəbər lenti


Kamal Əliyev,
 Politoloq

 

Dünən Rusiyada tədris ilinin başlaması münasibəti ilə keçirilən tədbirdə virtual çıxış edənlərdən biri də Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek idi. 

 

Siyasətlə az-çox maraqlanan azərbaycanlılar bilirlər ki, Doğu Perinçek Putinin adamı Aleksandr Duqin müəllifi oldugu "Avrasiya Modeli" adlı geopolitik konsepsiyanın yılmaz müdafiəçilərindən biridir və Türkiyənin Avro-Atlantik geosiyasi qütbə inteqrasiyasına qarşı çıxır. Keçmiş maocu, stalinist Doğu Perinçekə görə ,Türkiyə Yeni Dünya Nizamında (YDN) demokratik Qərbin yanında yox, avtoritar Rusiya, Çin, İran, Hindistan, Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı kimi ölkələrlə, qrumlarla eyni geopolitik blokda təmsil olunmalıdır.

 

Beləliklə, dünən Moskvada keçirilən Yeni Təhsil Mövsümünün açılış mərasiminə virtual qatılan Doğu Perinçek rus gəncliyinə müraciət edib. Yeri gəlmişkən, mərasimdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, prezident Vladimir Putinin müavinləri Sergey Kiriyenko, Andrey Fursenko, təhsil naziri Sergey Kravtsov, mədəniyyət naziri Olqa Lyubimova, Dmitri Peskov, Moskvanın meri Sergey Sobyanin və Mariya Zaxarova kimi şəxslər də iştirak edirdilər.

 

Türkiyəli siyasətçi Doğu Perinçek mərasimdəki çıxışında Avro-Atlantik geosiyasi qütbün çökməkdə oldugunu, ABŞ-ın dollar səltənətinin həyacan təbili çaldıgını, Türkiyənin Rusiya və Çinin qurmaqda oldugu yeni SWİFT ödəmə sisteminə üzv olmasının vacibliyini bildirdi.

 

Ümumiyyətlə, Doğu Perinçek Türkiyənin gələcəyini avtoritar dövlətlərin sırasında görür. Ən dəhşətlisi isə odur ki, D.Perinçek Aleksandr Duqin öldürülən qızını türk xalqının da şəhidi adlandırıb. Görünür, sayın D.Perinçek dostu A.Duqinin yazdıgı kitabları diqqətlə mütaliə etməyib. Əgər Duqin kitablarını oxusaydı, belə kobud səhvə yol verməzdi. 

 

Açıgı deyim ki, D.Perinçekin yalnız "Qarabag Azərbaycan torpagıdır" deməsini müsbət qarşıladım.Lakin onun Krımı Rusiya torpagı kimi görməsi bütövlükdə türk dövlətinin siyasətinə qarşı çıxmaq idi. Çünki Türkiyə 2014-cü ildən Krımın Rusiya tərəfindən qanunsuz anneksiyasını həmişə bəyan etməkdədir. Hətta Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoganın son bəyanatlarında da Krımın Ukraynanın ayrılmaz hissəsi oldugunu bəyan etdiyinə şahidlik edirik.

 

Bundan başqa, D.Perinçek olduqca təhlükəli bir ifadə işlədərək deyir ki, Türkiyə Abxaziyanın müstəqilliyini tanımalıdır. Ancaq “kurnaz” Perinçek həm də onu deyir ki, Rusiya da Şimali Kiprin müstəqilliyini tanımalıdır. Əlbəttə, Türk dövlətinin geopolitikasında balanslı siyasət anlayışı var. Və mən bu siyasi konsepsiyanı dövlətçilik çıxarları nöqteyi-nəzərindən konstruktiv görürəm. Lakin balanslı siyasi xətt o demək deyil ki, separatizmə haqq verəsən, onu dəstəkləyəsən.

 

Doğu Perinçek onu da dedi ki, bu gün Türkiyədə keçirilən rəy sorgularının nəticəlırinə görə, türk xalqının ruslara və çinlilərə böyük sevgisi (?) var. Açığı, mən Perinçekin dediyi rəy sorgularından xəbərim yoxdur və buna inanmıram. Bir maraqlı məqam da bu oldu ki, D.Perinçek Orxan Pamuku ABŞ imperializminin yazıçısı adlandırdı. Xüsusilə, D.Perinçek Orxan Pamukun "Vəba Gecələri" romanının populyarlıgını qlobal reklamın acı meyvəsi adlandırdı.

 

Nəticə olaraq onu vurgulayım ki, V.Putinin qosqoca Rusiyası Doğu Perinçek kimi birinin ümidinə qaldısa, vəziyyət heç də yaxşı deyil.

 




Ana səhifəyə qayıt        Baxış: 5 924          Tarix: 2-09-2022, 13:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma