Rusiya Avropaya “Şimal axını” ilə neft nəqlini qeyri-müəyyən müddətə tamamən dayandırıb.
Ovqat.com xəbər verir ki, bu barədə “Qazprom”un açıqlamasında deyilir.
Şirkətin iddiasına görə, turbinlərdən birində yaranan nasazlıq qaz nəqlinin dayandırılmasına yol açıb. Nasazlığın aradan qaldırılması üçün şirkət nümayəndələri “Simens”ə məktub ünvanlayıb.
“Qazprom”un bu addımı Avropa ölkələrində ciddi narahatlıq yaradıb. Aİ Şurasının Prezidenti Şarl Mişel məsələ ilə bağlı paylaşdığı tvitində “Qazprom”un bu addımından təəssüflənsə də, bunu sürpriz saymayıb:
“Qazdan silah kimi istifadə olunması Aİ-nin qərarını dəyişdiməyəcək.
Biz enerji müstəqilliyinə doğru yolumuzu sürətləndirəcəyik.
Bizim borcumuz vətəndaşlarımızı qorumaq və Ukraynanın azadlığını dəstəkləməkdir”, - Şarl Mişel paylaşımında vurğulayıb.
Paylaş: