Xəbər lenti


"Çox təəssüf edirəm ki, şəhidlərimizin dəfn mərasimində bəzi qruplar sanki mütəşəkkil formada heç bir zəruriyyət olmadıgı halda sinə vururlar, müxtəlif dini xadimlərin adlarını çəkirlər. Həmişə dediyim kimi, bu sayaq hallar olduqca təhlükəlidir və bu qruplara qarşı hüquqi çərçivədə ölçü götürülməlidir. Azərbaycan xalqı şəhidlərinə aglayır, imkan verin yasımızı saxlayaq, biz İran şiəliyinin dini rituallarını dinləmək məcburiyyətində deyilik. Mən şübhə etmirəm ki,şəhidlərin dəfn mərasimində sinə vuran, Əbəlfəz, Hüseyn qışqıranlar İrandan və bu ölkənin Azərbaycandakı şəbəkəsi tərəfindən idarə olunur, yönləndirilir".

Bu fikirləri Ovqat.com-a açıqlamasında politoloq Kamal Əliyev deyib.

Həmsöhbətimiz vurgulayıb ki, İranın ölkəmizdəki şəbəkəsi şəhid mərasimlərində gərəksiz, lüzumsuz hərəkətlər etməklə öz müctəhidlərinə, ayətullahlarına xoş görünmək məqsədi güdürlər: "Əlbəttə,Azərbaycan xalqı müsəlmandır və öz dininə baglıdır. Hətta ateist sovet rejimində belə, xalqımız öz dini ənənələrinə gizli də olsa əməl edirdi. Lakin 90-cı illərdən sonra İran müxtəlif xeyriyyə qrupları ilə Azərbaycana ayaq açdı və bununla da Məşhədə, Quma bağlı şiəlik anlayışını ölkəmizdə təbliğ etməyə başladı. İranın teokratik rejimi öz geopolitik və teopolitik hədəfləri çərçivəsində Azərbaycanı özünün şiə hilalının tərkib hissəsi görür. Teokratik İran rejimi istəyir ki, İraqda, Yəməndə və Livanda oldugu kimi Azərbaycanda da öz geosiyasi məqsədləri üçün hər cür ləyaqətsizliyə əl atır. Ələlxüsus, biz İranın Azərbaycana yerli-yersiz müdaxiləsini həm 44 günlük Vətən müharibəsində,həm də müharibədən sonrakı mərhələdə də müşahidə etdik. Çox sevindirici haldır ki, xalqımız müdrükdür və İrandakı rejimin oyununa gəlmir. Artıq şəhid cənazələrində də insanlarımız müxtəlif dini şüarlarla çıxış edənlərə qarşı öz etirazını göstərməyə başlayıb. Şəhid yaxınları iranyönümlü dindarlara etiraz edir, hətta bəzi hallarda onlara yerlərini göstərirlər. Bəli, bu belə də olmalıdır. Azərbaycan dini dövlət deyil. Bunu İranın ayətullahları da və onların Azərbaycandakı əlaltıları da qəbul etməlidirlər", - deyə Kamal Əliyev fikirlərinə yekun vurub.

 

Nicat Əlili





Ana səhifəyə qayıt        Baxış: 4 630          Tarix: 16-09-2022, 11:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma