Xəbər lenti


Sentyabrın‭ ‬12-dən‭ ‬13-nə keçən gecə‭ ‬Ermənistan Silahlı Qüvvələri‭ ‬beynəlxalq hüquq normalarını pozaraq‭ ‬Azərbaycana qarşı‭ ‬irimiqyaslı hərbi‭ ‬təxribatlara başlamaqla‭ ‬öz təcavüzkar niyyətini növbəti dəfə ortaya qoymuşdur.


30‭ ‬il‭ ‬ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrini işğal altında saxlayan,‭ ‬nəhayət,‭ ‬qüdrətli ordumuz tərəfindən darmadağın edilərək‭ ‬10‭ ‬noyabr‭ ‬2020-ci ildə kapitulyasiya‭ ‬sənədinə imza atmağa məcbur‭ ‬edilən Ermənistan son iki ildə bütün vasitələrdən istifadə edərək öz öhdəliklərini yerinə yetirməkdən yayınmış,‭ ‬hərbi güc toplayaraq yenidən Azərbaycan‭ ‬ərazilərini işğala cəhd göstərmişdir.


Özünün‭ ‬təcavüzkar‭ ‬işğalçılıq niyyətini Azərbaycanın Qarabağ bölgəsində hələ də yaşamaqda davam edən erməni millətindən olan‭ ‬20-25‭ ‬min nəfər‭ ‬əhalinin müdafiəsi pərdəsi‭ ‬altında həyata keçirən,‭ ‬insan hüquqlarından ağız dolusu dəm vuran Ermənistan‭ ‬dövləti yaddan çıxarmamalıdır ki,‭ ‬Qarabağ münaqişəsinin ilk mərhələsində‭ ‬– 1988-1991-ci illərdə Ermənistanın‭ ‬22‭ ‬rayonunun‭ ‬300-ə yaxın yaşayış məntəqəsindən‭ ‬300‭ ‬min nəfərə yaxın azərbaycanlı‭ ‬əhali‭ ‬ermənilərə xas qəddarlıq və vəhşiliklə qovulmuşdur.‭ ‬Həm də bu aksiya Ermənistanın dövlət rəsmilərinin,‭ ‬partiya,‭ ‬hökumət və hüquq‭ ‬mühafizə‭ ‬orqanlarının rəhbərliyi və təşkilatçılığı altında‭ ‬həyata keçirilmişdir.‭ 


Ermənistan dövlətinə xatırladırıq ki,‭ ‬hazırda‭ ‬Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur‭ ‬ərazilərini atəşə tutduğu‭ ‬təkcə Qərbi Zəngəzur,‭ ‬Dərələyəz və Göyçə mahalları‭ ‬ərazisində‭ ‬1988-ci ildə‭ ‬105‭ ‬xalis azərbaycanlı və‭ ‬27‭ ‬ermənilərlə qarışıq yaşayış məntəqəsi olmuşdur və‭ ‬34‭ ‬ildən bəri qaçqınlıq həyatı yaşayan bu insanlar‭ ‬öz doğma evlərinə,‭ ‬min illərdən‭ ‬bəri yaşadıqları ata-baba yurdlarına qayıtmağa tam hüquqludurlar və bu hüquq bütün beynəlxalq sənədlərdə təsbit olunmuşdur.


Lakin təəssüf ki,‭ ‬Ermənistan‭ ‬bütün bunları görməzlikdən gələrək,‭ ‬dünyanın diqqətini‭ ‬30‭ ‬il‭ ‬ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərdən yayındırmağa çalışaraq özünün‭ "‬yazıq millət‭”‬ obrazını‭ ‬növbəti dəfə‭ ‬önə çəkməyə,‭ ‬dünya ictimaiyyətini aldatmağa çalışır.‭ ‬Bütün bunların arxasında isə Azərbaycanın regiona sülh gətirmək,‭ ‬regionun iqtisadi inkişafına,‭ ‬region xalqlarının‭ ‬əmin-amanlıq şəraitində yaşamasına nail olmaq təşəbbüslərini‭ ‬əngəlləmək cəhdləri durur.‭ 


Təcavüzkar Ermənistan anlamalıdır ki,‭ ‬Azərbaycan xalqı son‭ ‬200‭ ‬ildə erməni millətçiləri tərəfindən məruz qaldığı saysız-hesabsız deportasiya,‭ ‬soyqırımı,‭ ‬etnik təmizləmə‭ ‬aktlarından təngə gəlmiş və bütün bunlara son qoyulması üçün‭ ‬Ali Baş‭ ‬Komandan İlham Əliyevin rəhbərliyi altında yenə də‭ ‬dəmir yumruq kimi birləşmişdir.‭ ‬Azərbaycana qarşı bir-birini‭ ‬əvəz edən təxribat‭ ‬əməllərinə görə tarixi məsuliyyət‭ ‬daşıyan‭ ‬Ermənistanın hərbi-siyasi rəhbərliyinin‭ ‬növbəti dəfə‭ ‬başını‭ ‬bu dəmir yumruğun altına soxması siyasi korluqdan və könüllü intihardan başqa bir şey deyil.


Qərbi Azərbaycan İcması olaraq belə hesab edirik ki,‭ ‬Ermənistan özünün təcavüzkar‭ ‬əməllərindən dərhal‭ ‬əl çəkməli,‭ ‬10‭ ‬noyabr Bəyannaməsinin bütün şərtlərinə‭ ‬əməl etməli,‭ ‬danışıq masası arxasına keçməli,‭ ‬Azərbaycanın irəli sürdüyü və Ermənistanın da qəbul etdiyi beş prinsipə uyğun olaraq Sülh sazişini imzalamalıdır.




Ana səhifəyə qayıt        Baxış: 4 365          Tarix: 19-09-2022, 09:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma