Xəbər lenti
Dünən, 19:25


ABŞ rəsmiləri Rusiyanı çox yüksək səviyyədə xəbərdar edib ki, Moskvanın nüvə silahından istifadəsinin nəticələri fəlakətli olacaq, 


Ovqat.com xəbər verir ki, ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sullivan CBS telekanalına müsahibəsində deyib.


O deyib ki, Vaşinqton Rusiyanın tez-tez dilə gətirdiyi nüvə təhdidlərini ciddi qəbul edir və Kremlə bunun ağır nəticələri ola biləcəyi ilə bağlı xəbərdarlıq göndərib.


Biz bunu ciddi qəbul edirik, bu, Putinin Ukrayna ilə münaqişədə ilk nüvə təhdidi deyil. Amma bu cür təhdidlər bizi Ukraynaya hərbi yardım göstərməkdən çəkindirməyəcək. Biz Rusiya tərəfi ilə çox yüksək səviyyədə birbaşa şəxsi əlaqə saxlamışıq və ona Ukraynada nüvə silahından istifadə edərsə, bunun Rusiya üçün fəlakətli nəticələr olacağı ilə bağlı xəbərdarlıq etmişik”, - Sullivan vurğulayıb.


Təhlikəsizlik müşaviri Rusiyaya nə cür xəbərdarlıq etdiklərinin detallarına girməyib və Moskva ilə söhbətin məxfi olduğunu vurğulayıb. “Amma onlar bu qaranlıq yolla getməyə davam edərlərsə, nə ilə üzləşəcəklərini yaxşı başa düşürlər”, - deyə o bildirib.


Biz həmçinin açıq şəkildə onların nəzərlərinə çatdırmışıq ki, Rusiya nüvə silahından istifadə edərsə, Birləşmiş Ştatlar sərt cavab verəcək və biz Ukraynanı öz ölkəsini və demokratiyasını qorumaq səylərində dəstəkləməyə davam edəcəyik”, - Sullivan əlavə edib.


Xatırladaq ki, Rusiya prezidenti Putin bu yaxınlarda etdiyi çıxışlarından birində demişdi ki, Vaşinqton Kiyevi hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə sövq edir və Rusiyaya qarşı nüvə şantajından istifadə olunur. “Söhbət təkcə Qərbin təşviqi ilə nüvə fəlakəti təhlükəsi yaradan Zaporojye atom elektrik stansiyasının atəşə tutulmasından getmir. Söhbət həm də bəzi NATO dövlətlərinin  yüksək rütbəli nümayəndələrinin  Rusiyaya qarşı kütləvi qırğın və nüvə silahlarından istifadənin mümkünlüyü barədə bəyanatlarından gedir",- Putin bildirmişdi. Putinin bu sözləri də Sullivanın fikirlərini təsdiqləyir.





Ana səhifəyə qayıt        Baxış: 6 434          Tarix: 25-09-2022, 23:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma