Xəbər lenti


"Ukraynanın şərqindəki ərazilərin Rusiya tərəfindən anneksiyası bizə onu göstərdi ki, bu gün faktiki olaraq dünyada beynəlxalq hüquq ,norma və prinsiplər artıq yoxdur, ya da dondurulub.Putinin Rusiyası 2014-cü ildən Krımdan başlayaraq Ukraynanın şərqindəki Donbass və Luqanskı işgal etməklə və Kremlin Georgiyevski sarayında göstərdiyi siyasi teatrla müharibəni daha qanlı fazaya keçirdiyini bəyan etdi. Düzdür, Rusiyanın işgal faktını,anneksiyasını heç kim tanımayacaq, amma bu proseslərin gedişi onu göstərir ki, Avropanın siyasi və enerji təhlükəsizliyi də sual altındadır".

Bu fikirləri politoloq Kamal Əliyev Ovqat.com-a açıqlamasında bildirib.

Müsahibimizin vurgulayıb ki, Putinin ilhaq addımından sonra faktiki Ukrayna və Rusiya arasından bundan sonra hər hansı danışıqlar prosesindən söhbət gedə bilməz. Politoloqun fikirincə, artıq Moskva və Kiyev arasında danışıqlar prosesinin qeyri-mümkün oldugunu Ukrayna prezidenti Volodimir Zelenski də bəyan edib. 

"Təbiidir ki, ağlı başında olan heç bir dövlət başçısı ərazisinin bir hissəsində saxta referendum keçirən və daha sonra oranı özünə birləşdirən dövlətlə eyni masa ətrafında müzakirə aparmaz. Hətta Zelenski açıq-aydın dedi ki, Rusiya ilə növbəti danışıqlar Putinin xələfi ilə olacaq. Zənnimcə, Zelenski bu kontekstdə haqlıdır. Rusiya ilə o zaman danışıqlar mümkün olacaq ki, bu ölkədə Putinin yerində normal siyasi lider əyləşəcək. Əks təqdirdə, Rusiya ilə danışıqların heç bir perspektivi yoxdur. İndi Ukrayna hökuməti sürətləndirilmiş qaydada NATO-ya üzvlük üçün müraciət edib. Mən bu prosesin tez və yaxud geç bitəcəyini deyə bilmərəm, ancaq bildiyim budur ki, Ukraynanın gələcəkdə növbəti Rusiya işgalından qurtulması üçün bu ölkənin qısa müddət ərzində NATO və Aİ-yə üzvlüyü həyatı önəm daşıyır. Rusiya kimi işgalçı bir dövlətin gələcəkdə də təcavüzünə uğramamaqdan ötrü Qərbin təhlükəsizlik çətiri altında olması lazımdır"- deyə Kamal Əliyev bildirib.

Nicat Əlili





Ana səhifəyə qayıt        Baxış: 6 264          Tarix: 2-10-2022, 04:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma