Xəbər lenti


Mirzoyan, Blinken və Bayramov arasında üçtərəfli telefon danışığı olub.


Ovqat.com xəbər verir ki, telefon danışığı Blinkenin təşəbbüsü ilə baş tutub.


Tərəflər oktyabrın 2-də Cenevrədə keçirilən görüşün yekunlarına dair fikirlərini təqdim ediblər.


Sülh danışıqlarının davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.


Erməni tərəfinin bildirdiyinə görə, həmsöhbətlər Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsinin şərtləri, həmçinin "Xankəndi" ilə Bakı arasında müzakirə mexanizminin yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar. Görünür, söhbətlər sayəsində ermənilərə başa salınıb ki, "Xankəndi" Azərbaycanın məsələsidir və sən belə şeylərlə özünü yorma. Ən yaxşısı öz problemindən danış. Ermənilər də bunu xalqa izah etmək üçün Xankəndinin bir subyekt kimi Bakı ilə müzakirələr aparacağı yalanına sığınırlar. 

Halbuki, Bakının bu məsələdə mövqeyi qətidir: Qarabağ problemi həll olunub və bu, Azərbaycanın daxili işidir. Heç kim də bu işə qarışa bilməz. Dünya sadəcə onu anlamalıdır ki, Azərbaycan unitar dövlətdir və bu ölkədə hansısa muxtar stutusdan söhbət gedə bilməz.

Paşinyanın bu yaxınlarda verdiyi bəyanatda bağlanacaq sülh müqaviləsində Qarabağla bağlı hər hansı müddəanın olmamasını açıqlaması da bu ehtimalı gücləndirir. 





Ana səhifəyə qayıt        Baxış: 5 585          Tarix: 4-10-2022, 23:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma