Xəbər lenti
21-01-2025, 19:46


Naxçıvan polisi iğtişaşlara qarşı təlimlərə başlayıb.


Ovqat.com-a bu barədə məlumat Naxçıvan MR DİN-dəki mənbəmizdən daxil olub.


Məlumata görə, təlimlərə Muxtar Respublikanın daxili qoşunları və post-patrul xidmətinin əməkdaşları qatılıb. 


Şərur rayonunda başlayan təlimlərdə bu rayonla yanaşı Sədərək və Kəngərli polisləri də iştirak ediblər. 


Təlimlərə Naxçıvan MR Daxili İşlər naziri Rəşad İsmayılov şəxsən rəhbərlik edir.


Təlim iştirakçıları mitinqləri və kütləvi aksiyaları dağıdarkən hansı üsullardan istifadə etməyin yollarını öyrəniblər.





Ana səhifəyə qayıt        Baxış: 6 188          Tarix: 14-10-2022, 19:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma