Xəbər lenti



Rusiyanın Belqorod vilayətindəki hərbi poliqonda təxribat hadisəsi baş verib.


Ovqat.com-un Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumatına görə, poliqonda Ukrayna müharibəsində iştirak etmək istəyən 11 könüllü atəşə tutularaq öldürülüb, 15 nəfər isə müxtəlif bədən xəsarətləri açıb.


Bildirilir ki, təxribat hadisəsi MDB ölkələrindən birinin 2 vətəndaşı tərəfindən həyata keçirilib. Təxribatçılar gözlənilmədən könüllülərə atəş açıblar. Daha sonra onlar cavab atəşi ilə zərərsizləşdirilib. Təxribatçıların hansı dövlətə mənsub olduqları barədə heç bir məlumat verilmir.


Hadisə dünən - 15 oktyabrda baş verib.





Ana səhifəyə qayıt        Baxış: 5 692          Tarix: 16-10-2022, 10:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma