"ABŞ-ın İraqa müdaxiləsindən sonra bölgədə qazanan tərəf İran oldu”.
Publika.az xəbər verir ki, bunu İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından sonra yaranan vəziyyəti şərh edən ABŞ-ın “Nyu York Tayms” nəşri yazıb.
ABŞ-ın bölgədə məzhəblərarası gərginliyi artırdığını qeyd edən qəzet İranın bölgədəki nüfuzunu artırmaq üçün yumşaq və sərt gücdən istifadə etdiyini vurğulayıb.
“ABŞ 14 il əvvəl Səddam Hüseyn rejimini devirərək İraqı işğal etdi. ABŞ İraqın işğalına hazırlaşdığı dövrdə Tehran prosesləri fərqli oxudu. İran ilk gündən etibarən 1980-ci illərdə döyüşdüyü köhnə düşmənindən (İraq) sadiq ölkə yaratmaq istədi. Bu yarışda İran qazandı, ABŞ itirdi”, - Amerika nəşri qeyd edib.
“Nyu York Tayms” bildirir ki, İranın bölgədəki əsas hədəfi Aralıq dənizinə qədər uzanan bir dəhliz yaradaraq onu idarə etməkdir. Qeyd edilir ki, İran İraqla yanaşı, Livan, Suriya, Yəmən və Əfqanıstanda da təsirini genişləndirməyə çalışır.
Paylaş: