«Naxçıvanda Rafael Əliyevdir, Bağdadda kor xəlifə».
Ovqat.com-a Naxçıvandan göndərilən şikayət məktubunda belə deyilir.
Bir hərbçi tərəfindən qələmə alınan məktubda bildirildiyinə görə, Naxçıvan MR Maliyyə naziri Rafael Əliyev özünü elə sərhədsiz səlahiyyət sahibi hesab edir ki, hətta Azərbaycan prezidenti İlham Əliyevin Fərman və Səlahiyyətlərinə belə məhəl qoymur. Məktubu olduğu kimi dərc edirik:
«Salam Heydər bəy. İlk öncə Naxçıvanda haqsızlığa qarşı baş qaldırmanızı yüksək qiymətləndirir və şəxsim adından sizlərə öz təşəkkürümü bildirirəm.
Heydər bəy, bildiyiniz kimi, Naxçıvanda aparılan Bakı yoxlamaları bəzi təşkilatlarda qismən də olsa silkələnmələrə yol acmışdı. Əlbəttə, sizin də bu işdə özünüzəməxsus xidmətləriniz var. Odur ki, Ovqat.com-a bütün naxçıvanlılar adından təşəkkürümü bildirirəm.
Amma Naxçıvan Maliyyə naziri Rəfael Əliyev hələ də hərbi qulluqçuların haqqını yeyir, onların müavinətlərini illərdir mənimsəyir. Bu adama nədənsə Naxçıvanda «dur» deyən tapılmır.
Rafael Əliyevin zülmünə məruz qalanlar içərisində ən çox incidilənlər isə xidmət edən hərbi qulluqçulardır. Bu adam illərdir, hərbi qulluqçuların istifadə etmədiyi məzuniyyət əvəzi pul kompensasiyasını vermir və hüquqa məhəl qoymur, Azərbaycan Respublikası Prezidentinin hərbi qulluqçuların pul təminatı haqqında imzaladağı Sərəncam və Fərmanlarını icra etmir. Bir sözlə "Naxçıvanda Rafael Əliyevdir, Bağdatda kor xəlifə".
Heydər bəy, bizim bu qanuni vəsatimizin mənimsənilməsini işıqlandırmanızı sizdən artıq dərəcədə xahiş edirik».
Məktubda daha sonra Naxçıvan Muxtar Respublikasında Ovqat.com-a tətbiq edilmiş qanunsuz «sanksiyalardan» da bəhs olunur.
«Sonda onu da qeyd edim ki, sizin Ovqat.com sayıtınız Naxçıvanda işləmir, bunun da səbəbkarı Naxçıvan Rabitə naziri Vüsal Sevdimalıyevdir...»
Məktubda Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyində baş alıb gedən qanunsuzluqlar barədə ciddi ittihamlar irəli sürülüb. Məlumatları dəqiqləşdirib, dərc etməyə çalışacağıq.
Paylaş: