Xəbər lenti



«Rusiya öz işğal administrasiyasını cənub Xerson vilayətindən çıxarmağa davam edir, lakin şəhəri bu yaxınlarda səfərbər olunmuş yeni əsgərlərlə gücləndirir və onlardan “tələ yemi” kimi faydalanır».


Ovqat.com xəbər verir ki, bunu Ukraynanın Müdafiə Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Kirilo Budanov çərşənbə günü CNN-ə açıqlamasında deyib.


Onun sözlərinə görə, Rusiya onların vəziyyətinin bütün çətinliyini dərk edir amma onlar tamamilə mühasirəyə düşmək də istəmir.


Budanov bildirib ki, Ukrayna “Nova Kaxovka bəndini artilleriya atəşi ilə nəzarətə götürəndə” Rusiyanın geri çəkilməsi sürətlənəcək.


“Buna görə də bütün döyüş hissələrimiz həm Xersona, həm də Nova Kaxovkaya doğru irəliləyir”, deyə o əlavə edib.





Ana səhifəyə qayıt        Baxış: 5 077          Tarix: 27-10-2022, 08:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma