Naxçıvanda Babək rayonu ərazisində payızlıq buğda əkini vaxtının bitməsinə az bir müddət qalmasına baxmayaraq fermerlər buğda əkməkdən imtina edirlər və min hektarlarla ərazi əkilməmiş qalır.
Ovqat.com-a bu barədə fermerlərdən biri məlumat verib.
Fermerin bunun səbəbini su çatışmazlığı ilə əlaqələndirib:
“27 ildir Naxçıvana rəhbərlik edən Vasif Talıbov Naxçıvanın suvarma su problemini həll etməyib. Halbuki Araz çayı Naxçıvanın su ehtiyyatı uçun ən dəyərli təbii sərvətdir. Necə olur ki, dövlət 1000 km-dən artıq uzunluğu olan Bakı-Ceyhan neft kəmərini çəkir. Ancaq Araz çayından Heydər Əliyev adına Vayxır su anbarının arası 22 km məsafədir, Arazdan həmin su anbarına su çəkilmir. Axı kənd təsərrüfatı da neft kimi gəlir gətirən sahədir. Bunu nə səbəbə etməyiblər, indi aydın olur”.
Fermerin iddiasına görə, su problemini ona görə həll etməyiblər ki, Naxçıvan əhalisi iş tapa, kənd təsərrüfatı ilə məşğul ola bilməsin, yaşayışı pis olsun və burdan köçüb getsin:
“Vasif Talıbova deyirlər ki, Naxçıvandan insanlar köçüb gedir, o isə bu suala belə cavab verir: “turpun seyrəyi yekə olar”. O bu siyasəti məqsədli şəkildə aparıb. Bu gün Maxçıvan buğdanı xaricdən alır halbu ki Araz çayından Vayxır su anbarına su çəkilərsə 1000 hektatlarla ərazidə buğda əkilər və Naxçıvan da buğda ehtiyacını xaricdən almaz öz təminatını özü qarşılayar”.
Mənbəmiz Vasif Talıbovu Prezident İlham Əliyevin Naxçıvanda artezian quyularının salınması üçün hardasa hər il ayırdığı milyonlarla manatı mənimsəməkdə ittiham edərək yazıb və redaksiyamıza bunu təsdiqləyən fakt da göndərib:
“Prezdent təkcə 2020-ci ildə Naxçıvana 1 miliyon pul ayırıb ki, artezian quyuları qazılsın. Amma Naxçıvanda bir dənə olsun artezian quyusu qazılmayıb, bu vəsaitin hamısını yeyiblər. Nəticədə Naxçıvanda əhali nəinki suvarma suyu, heç içməli su da tapmır. Naxçıvanlılar Uqanda və Sudan yetimləri kimi susuzluqdan əziyət çəkirlər”, - mənbəmiz bildirir.
Paylaş: