Xəbər lenti


(Əvvəli: Naxçıvan polis orqanlarında baş verən cinayətlər: “Heç kəsə arzu etmədiyim 6 il”)

 

Elçin Əhmədov,

Vəkillər Kollegiyasının üzvü

 

Naxçıvanın ilk peşəkar polisi, 2009-cu ildə Azərbaycan Polis Akademiyasına qəbul olunan, 2014-cü ildə bu ali məktəbi yüksək qiymətlərlə bitirib Muxtar Respublikaya qayıdan, 6 ildən sonra isə başını götürüb Bakıya qaçan və hazırda Vəkillər Kollegiyasının üzvü kimi fəaliyyət göstərən Elçin Əhmədov xüsusi olaraq Ovqat.com üçün bir məqalə yazıb. 

 

Naxçıvanın polis orqanlarında baş verən özbaşınalıqlardan bəhs edən silsilə məqaləni oxucularımızın diqqətinə çatdırırıq:

 

II YAZI

 

 

Naxçıvan MR-in 8 inzibati rayonunun rəislərininin “Cənab”a aylıq pul çatdırmaq rəqabəti hər dövrdə mövcud olub. Lakin Fazil Ələkrov adlı Naxçıvan MR camaatının bir nömrəli düşməni olan şəxsin Daxili İşlər naziri təyin olunduğu dövrdə bu rəqabət pik həddə çatdı.

 

Şəkildə: ən soldakı şəxs Rəşad Seyidov

Bu şəxs özünün qohumluq əlaqələrindən istifadə edərək  Naxçıvan MR DİN-ni iflic hala saldı. 8 rayon rəisi gecə-gündüz bütün peşə fəaliyyətini, Polis Andını unutmuş, yerli əhalinin hesabına DİN-nin büdcəsini doldurmaq üçün dəridən qabıqdan çıxdılar. Və bu yarışda hər zaman favorit Babək rayon polis şöbəsi oldu. Şərur polis şöbəsi inzibati ərazi sahəsinin ölçüsünə baxmayaraq geridə qaldı.

 

Qeyd etdiyim kimi, əslən Şərur rayon Çərçiboğan kəndindən olan Rəşad Seyidov adlı kabinet karyeristini Fazil Ələkbərov özünün DTX-da olan rəhbərliyindən DİN-nə yüksək vəzifəyə gətirmiş və faktiki olaraq özünün istisnasız sağ əli elan etmişdir

 

Rəşad Seyidov Fazil Ələkbərov adlı "nazirin" rəhbərliyi altında Naxçıvan MR DİN-nin bütün korrupsiya və qara kassa işlərinə rəhbərlik etdi. 8 rayonun rəislərinin rəhbərliyi altında pul yığma yarışına məhz bu şəxs nəzarət edirdi.

 

Bəzən Babək rayon Polis Şöbəsi aylıq 80 000 manat topladığı halda, digər şöbələr onun kölgəsində qalırdı.

 

Şəkildə: Sabiq nazir Fazil Ələkbərovun qarşısında əyilərək ondan nəsə alan Tahir Həsənov

Naxçıvan MR DİN-də korrupsiya bununla yekunlaşmır, əməkdaşların bir vəzifədən digərinə keçid işinə nəzarət edən Tahir Həsənov  adlı kadrlar şöbəsinin işçisi bunu təsdiq edə bilər, elə deyilmi Tahir müəllim?

 

Rəşad Seyidovun parıldayan eynəyinin arxasında gizlənmiş 1001 saxtakarlıq və cinayət əməlləri anbaan yaddaşımızdadır. Bu şəxslər Naxçıvan MR DİN-ni iflic hala saldılar.

 

Tahir Həsənov adlı polkovnik-leytenant Əhməd Əhdovun rəhbərliyindən - Fazil Ələkbərovun rəhbərliyinin sonuna qədər Kadrlar Şöbəsinin rəhbəri oldu, müəmmalıdır; axı Fazil Ələkbərov Əhməd Əhmədovun bütün aparıcı kadrlarını sürgün etmişdi.

 

Tahir Həsənov isə nəinki o, onun kimi bir çox kadrlar (bu haqda növbəti məktubda) yeni rəhbərə öz loyallığını qoruyub saxlamış və vəzifədə qalmışlar.

 

Axı Tahir Həsənovun qəbulunda onlarla valideyn, hansının ki, cibində bir pul dolusu konvert növbədə gözləyir, övladının müqəddəs polis əməkdaşı adına  layiq olmasına ümid edirdi. Amma o valideynlər bilmirdi ki, gələcəkdə övladları polis yox, fəhlə paltarında kənd içində hamballıq edəcək (bu haqda əvvəlki məktubumda bildirmişdim).

 

Sağdan 2-ci Rəşad Seyidov

Rəşad Seyidov "Cənabın göstərişidir" deyərək bütün karyerasını məhv edərək xidmətdən xaric olunma haqqında ərizə yazdırdığı peşəkar əməkdaşların siyasıhı dərc olunacaq.

 

Polis əməkdaşı qanunverici səlahiyyətə malik deyil, çox "hörmətli" Rəşad Seyidov və sizin kimilər. Siz AR vətəndaşlarının ödədiyi vergi hesabına maliyyələşən qurumun əməkdaşlarısınız. Törətdiyiniz hər bir cinayət və korrupsiya halına görə məsuliyyətə hazır olun!

 

Davamı var

 




Ana səhifəyə qayıt        Baxış: 7 648          Tarix: 1-12-2022, 23:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma