Xəbər lenti

 Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz azadlığı təmin olunur.

Axar.az xəbər verir ki, bu fikri iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimindəki nitqində deyib.

Azərbaycanda minlərlə mətbuat orqanının fəaliyyət göstərdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər edir, cəmiyyətin inkişafında mühüm rol oynayır.

Azərbaycanda mətbuatın inkişafının diqqət mərkəzində saxlanıldığını, media nümayəndələri ilə mütəmadi görüşlərini xatırladan Prezident İlham Əliyev qeyd edib ki, jurnalistlər üçün binaların tikintisi bu siyasətin təzahürüdür.




Ana səhifəyə qayıt        Baxış: 1 016          Tarix: 20-07-2017, 10:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma