Türkiyənin israrla terror təşkilatı elan etdiyi FETÖ-nun (Fəthullah terror örgütü) adı ABŞ-ın terrorizm hesabatına salınıb.
Ovqat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı “Terrorizm 2016” Ölkələr Hesabatının Türkiyə bölümündə FETÖ-dan da bəhs edilib.
Bununla belə, həmin təşkilat ABŞ-ın terrorçu hesab etdiyi qruplaşma kimi yox, Türkiyənin ittiham etdiyi tərəf olaraq hesabatda yer alıb. Hesabatda deyilir: "Türkiyə hökuməti 240-dan çox adamın öldüyü, 2 min 100-dən çoxunun yaralandığı 15 iyul çevriliş cəhdində Gülən hərəkatını günahlandırır”.
Hesabatda həmçinin, hökumət məlumatlarına istinadən, "22 noyabrdan (2016) etibarilə 86 mindən çox FETÖ ilə bağlantısı olan dövlət işçisinin vəzifələrindən ixrac edildiyi və 8 oktyabrdan isə eyni ittihamla 35 minə yaxın adamın həbs olunduğu" vurğulanır.
FETÖ-nun bu cür üslubla terrorçular siyahısına salmasını mütəxəssislər “çoxbilmişlik” kimi qiymətləndirirlər. Onların fikrincə, Vaşinqton bu “çoxbilmiş”liyi ilə faktiki olaraq həm Ankaranın israrını nəzərə alır, həm də bunun öz iddiaları olmadığını göstərir; sabah lazım gələrsə, FETÖ-nun terror təşkilatı kimi tanınmadığını, sadəcə hesabatda Ankaranın belə düşündüyünün vurğulandığını deyə bilsin.
Paylaş: