Xəbər lenti


Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkimləri etiraz aksiyası keçirib. Etirazçılar xəstə qəbulun dayandırıblar, xəstəxanada heçbir xəstə qəbul etməyiblər.


Ovqat.com-un aksiya iştirakçılarından aldığım məlumata görə, onların əsas etirazları həkimlərə nəzərdə tutulan sığorta ödənişlərinin verilməməsi ilə bağlı olub. Həkimlərin tələbi Azərbaycan Nazirlər Kabinetinin icbari tibbi sığorta haqda qanununda göstərilən əlavə ödənişlərin yerinə yetirilməsini təmin etməkdir.


Aksiyaya Naxçıvan Muxtar Respublika xəstəxanasinin həkimlərinin də qosulacagini bildirilir. 


Bildirilir ki, bir ilə yaxındır ödənilməyən sığorta maaşına görə iki qurum bir-birin günahlandırır. İTS (İcbari Tibbi Sığorta) Agentliyi və Səhiyyə nazirliyi günahı bir birinin üstünə atır. Adiyyati qurumlardan isə heç bir açıqlama yoxdur.


?@ovqatcom




Ana səhifəyə qayıt        Baxış: 6 734          Tarix: 1-02-2023, 16:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma